Icma.az
close
up
RU
Zeynal Usubov: “Ona necə inanmağıma özüm də mat qalmışam...”

Zeynal Usubov: “Ona necə inanmağıma özüm də mat qalmışam...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Zeynal Usubov hakim qarşısında dayanıb.

İttihama görə, Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən Zeynal Usubov və daha iki nəfərin pullarını ələ keçirib. Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi işə qarışdıqdan sonra cinayətin üstü açılıb.

Zeynal Usubov istintaq vaxtı nə deyibsə, onu qəbul edib. Amma hakim ibtidai istintaqın məhkəməyə bağlı olmadığını qeyd edərək müttəhimdən hadisə barədə danışmasını istəyib.

Fotoda: Nizami Alışan

Zərərçəkmiş deyib ki, Nizami ilə təxminən 3 il əvvəl internetdə tanış olub. Onun kriptovalyuta ilə bağlı anlayışı olduğunu öyrənib, qazanc əldə etmək məqsədilə 2022-ci ildə 400 min, daha sonra isə 545 min dollar pul verib: “Nizamiyə ümumilikdə 945 min dollar vermişəm. Bunun müqabilində 400 min dollara görə, ayda yeddi-səkkiz min, 545 minə görə isə ayda 30 min dollar gəlir əldə edəcəyimi demişdi. Bildirirdi ki, pulları “İnvest.az” saytına yerləşdirir. Sonradan isə pulu oradan çıxarıb Amerikadakı hansısa sayta köçürür. Dörd-beş ay 7-8 min pul verdi. Sonuncu dəfə isə 30 min bir, 15 min dollar da bir verdi. Aramızda telefon yazışmaları, səs yazıları var. Hər cür sübutları saxlamışam. Hətta 545 min dolları verəndə tanışım Ramin Talıbov da yanımda idi”.

Tərəflərin suallarını cavablandıran Usubov Nizaminin ondan pulları “İnvest.az” saytının adı ilə aldığını deyib, amma ora yatızdırıb-yatızdırmadığını dəqiqləşdirə bilməyib: “Dəqiq bilmirəm, pulu ora yatızdırıb, yoxsa yox. Mənə dedi ki, ora qoyacağam, sənin adından birja əməliyyatı keçirib, qazanc verəcəyəm. Sonradan dedi ki, bir az çətinliyim var, pulların hamısını bir yerdə qaytaracağam. Hətta əlavə olaraq 100 min dollar da verəcəyinə söz verdi. Dedim, əlavə lazım deyil, öz pulumu qaytar”.

Təqsirləndirilən şəxs isə Zeynal Usubovun dedikləri ilə razılaşmayıb. Müdafiə tərəfi növbəti iclaslarda sübutların ortaya qoyulacağını bildirib.

Məhkəməyə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişi “İnvest.az” şirkəti ilə bağlı sorğu-sual edib, nəyə əsasən təqsirləndirilən şəxsə inandığını soruşub.

Zeynal Usubov ona necə inandığını özünün də bilmədiyini deyib: “Məni inandırmaq çətindir. Bu adama necə inanmışamsa, özüm də mat qalmışam. Müxtəlif platformalardan şəkillər göstərib hesablarda 11-12 milyon dollar pul olduğunu deyirdi. Mənim birjadan başım çıxmırdı. Bu da deyirdi ki, mən bilirəm, aylıq 25 faiz qazanc olacaq, yarısı sənin, yarısı mənim. Səhvim onda olub ki, ona inanmışam”.

Təqsirləndirilən şəxsin vəkilinin “verdiyiniz pulların mənbəyi haradan idi?” -, sualına isə zərərçəkmiş “dostumdan almışdım” deyə cavab verib.

Tərəflərin məhkəmədə verdiyi ifadələr işin gələcək gedişatı üçün önəmli sayılır. Məhkəmə prosesi fevralın 27-də davam edəcək.

Qeyd edək ki, Nizami Alışan Zeynal Usubovdan başqa, Babək Məmmədzadənin 1 milyon 300 min, Yadigar İsrafilovun isə 200 min dollarını ələ keçirməkdə ittiham edilir.

Z.Usubov əvvəllər Nərimanov rayon prokurorunun müavini işləyib. Babək Məmmədzadə isə  “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.Təqsirləndirilən şəxsin özünə gəlincə, o, AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Fevral 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri