Icma.az
close
up
RU
Zeytun yağı saç üçün faydalıdırmı?

Zeytun yağı saç üçün faydalıdırmı?

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zeytun yağının saçları daha yumşaq, parlaq və az qabaran etdiyi deyilir. Mütəxəssislərin sözlərinə görə, bu fikir qismən doğrudur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, zeytun yağından saç qulluğunda hələ Qədim Misir, Yunanıstan və Romada istifadə olunub. Bu gün müxtəlif serum və saç yağları olsa da, adi zeytun yağı da qulluq vasitəsi kimi faydalı ola bilər.

“Cleveland Clinic”in dermatoloqu Emi Kassuf  bildirir ki, zeytun yağı saçları müalicə etmir, lakin onların görünüşünü yaxşılaşdıra bilər. Zeytun yağı saç telinin üzərini örtərək nəmin daha gec itirilməsinə kömək edir. Nəticədə saç daha yumşaq və hamar görünə bilər. Yağ həmçinin saçın xarici qoruyucu qatı olan kutikulanın hamarlanmasına kömək edir. Kutikula quruyub kobudlaşdıqda saç daha çox qabara bilər. Zeytun yağı səthi hamarladığı üçün saç işığı daha yaxşı əks etdirir və daha parlaq görünür.

Yaxşı nəmlənmiş saçlar daha elastik olduğu üçün daranma və saç düzümü zamanı daha az qırıla bilər. Bununla belə, zeytun yağı haçalanmış saç uclarını bərpa etmir, yalnız sonrakı zədələnmənin qarşısını qismən almağa kömək edə bilər. Zeytun yağının saç uzanmasını sürətləndirdiyi barədə fikir isə doğru deyil. Bu yağ saç follikullarını stimullaşdırmır və saçın böyümə sürətini artırmır. Ancaq saç daha az qırıldıqda zamanla daha uzun və sıx görünə bilər. Yəni zeytun yağı yeni saç çıxarmır, mövcud saçların qorunmasına kömək edir.

İstifadə zamanı əsas qayda yağı həddindən artıq tətbiq etməməkdir. Bir neçə damcı zeytun yağını ovucda yayaraq əsasən saçın orta hissəsinə və uclarına çəkmək kifayətdir. Yağın nəm saçlara tətbiqi daha məqsədəuyğun sayılır. Bu halda yağ saçda nəmin saxlanmasına daha yaxşı kömək edir. Mütəxəssislər əlavə ətir və digər qatqılar olmayan adi təmiz zeytun yağından istifadə etməyi məsləhət görürlər. İlk istifadədən əvvəl isə dərinin kiçik hissəsində test aparmaq tövsiyə olunur.

Zeytun yağını intensiv qulluq məqsədilə gecə boyu saçda saxlamaq da mümkündür. Lakin sonradan saçın yaxşı yuyulması vacibdir. Bu yağ daha çox qalın, sərt, buruq və quru saçlar üçün uyğun hesab olunur. İncə və tez yağlanan saçlarda isə ağırlıq yaradaraq saçın yağlı görünməsinə səbəb ola bilər. Dermatoloqlar çox miqdarda zeytun yağını birbaşa baş dərisinə çəkməyi məsləhət görmürlər. Yağın həddindən artıq istifadəsi baş dərisində bəzi maya mikroorqanizmlərinin çoxalması üçün əlverişli mühit yarada və mövcud dəri problemlərini ağırlaşdıra bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Oktyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri