Icma.az
close
up
RU
Ziba Mustafayeva SOCARın hədəfini açıqladı

Ziba Mustafayeva SOCARın hədəfini açıqladı

Icma.az, Aznews.az saytına istinadən bildirir.

İqlim dəyişikliyi və bu böhranın nəticələrini yumşaltmaq zərurəti qlobal miqyasda hər kəsi, o cümlədən şirkətləri ciddi tədbirlər görməyə məcbur edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva COP29 çərçivəsində “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli Cənub-Cənub siyasi dialoqu” mövzusunda keçirilən tədbirdə deyib.

Z. Mustafayeva qeyd edib ki, SOCAR "yaşıl gələcək" üçün qətiyyətli addımlar atmağa sadiqdir: “Bir şirkət olaraq enerji keçidi və transformasiya səyahətinə başlamışıq. SOCAR neft və qaz dəyər zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən milli neft-qaz şirkətidir. Lakin 2035-ci ilə qədər həm karbohidrogen, həm də aşağı karbonlu enerji mənbələrindən ibarət diversifikasiya edilmiş portfelə və qlobal enerji liderləri ilə rəqabətə davamlı emissiya profilinə malik milli enerji şirkəti olmaq məqsədimiz var”.

SOCAR-ın 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəflədiyini bildirən vitse-prezident əlavə edib ki, bu məqsədə çatmaq üçün mərhələlər və konkret hədəflər müəyyənləşdirilib: "Belə ki, 2030-cu ilədəl adi qaz məşəllərinin tamamilə ləğvi, 2035-ci ilədək korporativ və mütləq emissiyaların 20-30 % azaldılması, metan emissiyalarının sıfıra yaxınlaşdırılması, 2050-ci ilədək qlobal enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən sıfır emissiyalı milli enerji şirkətinə çevrilmək hədəfi mövcuddur".

SOCAR-ın transformasiya strategiyasını şərh edən Z. Mustafayeva bildirib ki, bu proses üç əsas istiqamət üzərində qurulub: "Birinci istiqamət - korporativ karbonsuzlaşma tədbirləri çərçivəsində emissiyaların azaldılması və ekoloji davamlılığa nail olunması nəzərdə tutulur. İkinci istiqamət üzrə - aşağı karbonlu biznesin inkişafı çərçivəsində günəş, külək, geotermal enerji, yaşıl hidrogen və davamlı yanacaq kimi sahələrin inkişaf etdirilməsi planlaşdırılır. Nəhayət, üçüncü istiqamət yeni əməliyyat modelinin tətbiqini nəzərdə tutur. Şirkət 2023-cü ildə enerji keçidi, ətraf mühit və dekarbonizasiyanı əhatə edən yeni bir struktur təsis edib. Bu, sadəcə müstəqil bir bölmənin yaradılması deyil, həm də bu istiqamətdə işlərin şirkətin bütün fəaliyyətlərinə inteqrasiyasını təmin etməkdir.

Beləliklə, biz şirkətin DNT-sini dəyişdiririk. Bu dəyişiklikləri dəstəkləmək üçün əməliyyat modelini yeniləməli, dəyər zəncirində və strukturda islahatlar aparmalı, eyni zamanda işçi heyətinin bacarıqlarını artırmalıyıq”.

Onun sözlərinə görə, yeni model çərçivəsində SOCAR əsas performans göstəricilərini müəyyənləşdirib və bu göstəriciləri şirkət daxilində tətbiq edərək idarəetmə və motivasiya sistemlərinə inteqrasiya edib: "Bu yanaşma şirkətin bütün sahələrində hədəflərə çatmağa imkan yaradır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 20 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see140

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see140

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see132

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see130

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see127

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see123

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see122

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see114

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see113

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see112

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see111

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see110

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri