Zibil daşıyan maşın 89 yaşlı qadını vurub xəstəxanalıq etdi; 2 saat sonra... VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zibil daşıyan maşın yaşlı qadını vurub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Krasnoturyinsk şəhərində baş verib.
Belə ki, Metallurqov küçəsində 46 yaşlı sürücü idarə etdiyi zibil daşıyan maşınını arxa-arxaya verərkən çəliklə gedən 89 yaşlı qadını vurub. Zərbənin təsirindən təqaüdçü yola yıxılıb və sürücü onu fərq etməyərək yoluna davam edib.
Kameraya düşən kadrlarda da görünür ki, qadın bir neçə dəfə yerindən qalxmaq istəsə də, başı maşının dəmirlərinə dəyib və əvvəlki vəziyyətində qalıb.
Qəza nəticəsində yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin 2 saatdan sonra dünyasını dəyişib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev

