Icma.az
close
up
RU
Zibilə atmayın: Detoks, dəri baxımı, immunitet hamısı bir qabıqdadır!

Zibilə atmayın: Detoks, dəri baxımı, immunitet hamısı bir qabıqdadır!

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xiyar, yay süfrələrinin əvəzolunmazıdır. Sərinləşdirici təsiri, yüngül dadı və aşağı kalorisi ilə könlümüzü fəth edir. Amma bir çoxumuz onun ən dəyərli hissəsini zibilə atırıq: qabıqlarını. Halbuki xiyar qabığı düşündüyümüzdən daha çox fayda verir. Xiyar qabıqlarını atmaq əvəzinə həyatınıza qatmanız üçün 5 möhtəşəm səbəb var.


  Sherg.az türk mütəxəssislərə istinadən qızıl qaydaları təqdim edir. 



1. Lif anbarıdır


Xiyar qabığı, yüksək lif tərkibi ilə həzm sisteminin fəaliyyətini dəstəkləyir. Qəbizlik kimi problemlərin qarşısını təbii yolla alır, bağırsaq hərəkətlərini tənzimləyir. Xüsusilə emal olunmuş qidaların bol istifadə edildiyi dövrümüzdə bu təbii lif dəstəyi adeta dərman kimidir.


2. Antioksidantla zəngindir

Xiyar qabıqları, orqanizmdə sərbəst radikallarla mübarizə aparan antioksidantlar ehtiva edir. Bu sayədə hüceyrə zədələnməsinin qarşısını alır, həm də vaxtından əvvəl qocalmaya və xərçəng kimi ciddi xəstəliklərə qarşı qoruyucu rol oynayır. Xüsusilə C vitamini və flavonoidlərlə zəngin olan qabıqlar immunitet sistemini də gücləndirir.


3. Dərinin dostudur

Dərinin nəm balansını qoruyan, sakitləşdirən və canlandıran tərkiblərə ehtiyacınız var? Xiyar qabığı məhz bunu təmin edir. Xüsusilə həssas və ya qıcıqlanmış dəridə sərinləşdirici təsiri ilə fərqlənir. Gözaltı torbalarında, maska olaraq və ya tonik hazırlanmasında istifadə oluna bilər. Dəriyə qulluq məhsullarına sərvət xərcləmədən əvvəl bu üsulu sınayın.


4. Vitamin və mineral mənbəyidir


Xiyar qabığı A, K və C vitaminləri ilə yanaşı, kalium və maqnezium kimi əsas mineralları da ehtiva edir. Bu qidalar sümük sağlamlığından tutmuş qan təzyiqinin tənzimlənməsinə, immunitetin güclənməsindən dəri yenilənməsinə qədər bir çox sahədə aktiv rol oynayır.


5. Təbii detoks təsiri

Xiyar qabıqları sidikqovucu xüsusiyyəti ilə böyrəklərin təmizlənməsinə kömək edir. Bədəni ödemdən və toksinlərdən təmizləməyə dəstək olur. Xüsusilə yay aylarında təbii detoks effekti axtaranlar üçün mükəmməldir.


Necə istifadə etmək olar?

Qabıqları birbaşa salatlara və ya sendviçlərə əlavə edin.

Smoothie və ya təzə meyvə şirələrinə qarışdıraraq həm dad, həm də vitamin qatın.

Dəri maskası kimi əzərək istifadə edin – xüsusilə gözaltı qaralmalara qarşı effektlidir.

Evdə hazırladığınız turşulara təbii aroma və xırıltı qatmaq üçün istifadə edə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri