Zidan niyə işsizdi? İdmanXəbər
Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan yaxın vaxtlarda məşqçiliyə qayıtmaq niyyətində deyil.
İdmanxeber.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, 2021-ci ildə “kral klubu”ndan ayrıldıqdan sonra fransalı bir neçə aparıcı Avropa komandalarından təklif alsa da, hamısını rədd edilib. 52 yaşlı mütəxəssis yalnız “Real” və ya Fransa millisi ilə işləməyə hazırdır.
Qəzet yazır ki, Zidan özü üçün uyğun variant axtarır. Hələlik o, belə təklif almayıb.
Zidan İspaniya komandasına 2016-2021-ci illərdə (fasilə ilə) rəhbərlik edib. Onun rəhbərliyi altında Madrid klubu ardıcıl 3 dəfə Çempionlar Liqasının qalibi və iki dəfə İspaniya çempionu olub.
Baxış sayı:84
Bu xəbər 24 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















