Zidanın oğlu üçün dünya çempionatı təhlükədə
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İspaniya çempionatının ikinci divizionunda keçirilən “Almeriya” ilə matçda “Qranada”nın qapıçısı Luka Zidan ağır zədə alıb. İyirmi yeddi yaşlı qolkiper rəqib hücumçusu ilə toqquşmadan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.
İdman.Biz xəbər verir ki, ilkin olaraq ona beyin sarsıntısı diaqnozu qoyulsa da, sonradan futbolçunun çənə və çənəaltı nahiyəsinin sındığı məlum olub. Artıq uğurlu əməliyyat olunan Zidan bərpa prosesinə başladığını sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, bir müddət əvvəl idman vətəndaşlığını dəyişərək Əlcəzair millisini seçən Lüka bu zədə səbəbindən 2026-cı il dünya çempionatını qaçıra bilər.
Əlcəzair yığması mundialın qrup mərhələsində Argentina, Avstriya və İordaniya ilə qarşılaşacaq.
Luka Zidan karyerası ərzində İspaniyanın “Real Madrid”, “Rayo Valyekano” və “Eybar” kimi klublarında çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 May 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















