Icma.az
close
up
RU
Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan? MÜSAHİBƏ

Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan? MÜSAHİBƏ

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çoxunuz xatırlayırsınız: 2020-ci ildə torpaqlarımız işğaldan azad olduqdan sonra qarabağlıların bir çoxu fərdi şəkildə el-obasını, kəndini, evlərinin xarabalıqlarını ziyarətə getdilər. Vətənlə 28 illik ayrılıqdan sonra görüşün ağır məqamları sosial şəbəkələrdə paylaşdıqca kədərimizin böyüklüyünü də yenidən dərk etdik.

Və günlərin bir günü bizi necə deyərlər, diri-diri öldürən bir video sosial şəbəkələrdə yayıldı. Evinə dönən köçkünün harayı bir anda gördüyümüz bütün ağır yüklü “görüş”lərin mahiyyətini bir daha qatılaşdırdı: O səs haray salır, üsyan edirdi: “ “Ay İsmayıl! İsmayıl, mən gəlmişəm, ay İsmayıl! İsmayıl, bir çölə çıx, ay İsmayıl!
Ay Firəngiz xala! Firəngiz xala, İsmayıl evdədi?Niyə cavab vermirsiz?Ay Ziyəddin! Ziyəddin, gəlmişik, ay Ziyəddin! Kim var evdə?!Ay Ziyəddin, niyə cavab vermirsiz adama?”

O səs bizi dondurdu yerimizdə! O köçkün özü də bilmədən 3 dəqiqəlik videoya 30 ildir rejissorlarımızın çəkə bilmədiyi bacarmadığı bir kadrı yaratmışdı Bu gün 30 illik həsrətimizi 3 dəqiqəlik videoya mükəmməl şəkildə sığdırmağı bacaran, açımızı naləsi ilə car edən o səsin, səsin yox, o nalənin sahibi ilə söhbətləşirəm. Kəlbəcər rayonunun Dalqılınclı kəndindən olan Vasif Qurbanov .
O nalənin üsyanın səbəbini soruşmağa ürək elədim: Nədir bizi varımızdan yox edən o hayqırtının səbəbi....?


- İtirdiklərim...


- Hamı itirib... Bütün Qarabağ, bütün Azərbaycan...


- Yox... 13 yaşlı uşağın əlindən alınan həyatının hayqırtısıydı o. Cənnət qoyub çıxdığım evimizin , kəndimizin xarabalıqlarının hayqırtısıydı, o. Boyuna baxıb sevindiyim, arxamda, yanımda görüb fərəhləndiyim qardaşım şəhid Zimistanın, şəhid əmioğlumun, şəhid bibioğlunun yoxluğuna olan hayqırtıydı,o. Yurd həsrətinə dözməyib bizi tərk edən atama, anama, nənəmə, bacıma ağıydı o hayqırtı. Rahat yaşamadığım uşaqlığım, fərqinə varmadığım gəncliyimin itkisiydi o hayqırtı...

- Şəhidimiz Zimistan haqqında Google axtarış sistemində məlumatlar yox dərəcəsindədir.Bəlkə bu gün onun haqqında ictimayyətə geniş məlumatlar verək. Ən azından qarabağlı olmayanlar da sənin hisslərini dərindən anlayar, Şəhidimizi tanıyar.

- Ömrü də, adı da Zimistan olan qardaşım anadan olanda möhkəm qar yağıbmış ona görə adını Zimistan qoyurlar. Elə şəhid olanda da möhkəm qar yağırmış Murovdağda...
- Qar yağan gecə neçənci il imiş?
-
- Qurbanov Zimistan Səfəralı oğlu 1971-ci il oktyabrın 29-da  Kəlbəcər rayonunun Dalqılınclı kəndində anadan olub. Kəlbəcər rayonunun 2 saylı məktəbini bitirib.Hərbi xidmətini Ukraynada cəkib. 1990-ci ildə Zimistan xidməti başa vurmağa 6 ay qalmış məzuniyyətə gəlir. Onda artıq ermənilər münaqişəni başlatmışdı.Zimistan ermənilərin bu həyasızlığından çox təsirlənmişdi deyə, geriyə - hərbi xidmətə qayıtmır.


- O vaxtlar, dünən kimi yadımdadır... Hər kəndin, hər şəhərin müdafiə dəstələri yaradılmış , gənclər, kişilər o dəstələrin tərkibində xalqı namərdəlrdən qoruyurdular.


- Bəli, Kəlbəcər özünü müdafiə batalyonu artıq var idi. Zimistan hələ əsgərliyə getməmişdən öncə AXC Qılınclı dayaq dəstəsinin üzvü kimi yeniyetmə yaşında ordu  yaranmamışdan öncə könüllü dəstələrlə sərhəd məntəqələrində keşikdə durardı. 1991-ci ildə qardaşım Cavanşir kimi Zimistanda könüllü olaraq həmin batalyona yazıldı. Bir çox döyüşlərdə mərdliklə döyüşdü hər iki qardaş... 1993-cü ildə beş erməni zabitini və 240 erməni əsgırini Zimistanın iştirak etdiyi taborun döyüşçüləri ilə birgə məhv edirlər. Yanşaq kəndi yaxınlığında gedən döyüşlərdə... Bu arada qeyd edim ki,  1993-cü ildə düşmən yurdumuzu işğal edəndən sonra ailəmiz də  Ağsuya köçdü.


- Qardaşların döyüşü dayandırdı...?


- Yox , heç biri döyüşünü dayandırmadı.Əksinə , daha qanlı müharibəyə , savaşın ən qorxunc nöqtələrinə gedirlər. Yəqin ki, hərb tariximizə qanlı hərflərlə yazılmış Kəlbəcər əməliyyatını xatırlayırsınız... Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən birinə şahidlik edən Ömər aşırımı. Bilirsiniz 1993-cü ilin dekabrından başlanan əməliyyat acı sonluqla 12 fevralda bitdi. Döyüşdəki  xırda uğurlar onu və digər Azərbaycan əsgərlərini ruhlandırır. Həmin ərazidə növbəti döyüşə atılır və mühasirəyə düşürlər... Mühasirəni yararaq sona kimi, düşmənin qarşısını alana qədər vuruşur....( xeyli susur)
- Sonra...
-
- Bu döyüşdən sağ çıxmır qardaşım...Fevralın əvvəlində  Cavanşir bizə xəbər etdi, Zimistanın şəhid olduğunu. Yanvar ayında şəhid olmuşdu. Amma  bizi ən çox bizi yandıran o olur ki, onun cəsədini həmin vaxt  döyüş meydanından çıxarmaq mümkün olmur. Ailəlikcə hamımız 1 aydn çox  Zimistanı soraqladıq, ata -anamın o anlar nə iztirablar çəkdiyini danışa bilmirəm... Söz tapa bilmirəm... Anam ölümü ona qəti yaraşdırmırdı...ağlaya -ağalaya yalvarırdı , az qala Zimistanı qınayırdı ki, hardasan, niyə harayımı eşitmirsən, niyə ananı unutmusan. Gəllll... Heç kəsin cürəti çatıb deyə bilmirdi ki, Zimistan əbədi yolçuluğundadır , geri dönməyəcək. Çöldə bir takkıldı, bir səs olanda ailəlikcə yerimizdən dik atılırdıq ki, birdən Zimistan gələr xəbərimiz olmaz... Elə günlərdə atamı-anamı heç bir təsəlli ovutmurdu, sakitləşdirmirdi. Nəhayət ölümündən 1 ay sonra Gəncə hospitalından martın 2-də tapdıq.  Cəsədə baxış zamanı məlum olur ki, qollarından, sinəsindən və başından 18 güllə, bədəninin müxtəlif yerlərindən isə 30 qəlpə yarası alıb. Gətirdik Zimistanı... Nəşi də uğrunda can verdiyi Kəlbəcər torpağına qismət olmadı... Ağsu şəhərində dəfn olundu.

Yadıma düşmüşkən deyim, bir dəfə Səngər TV- nin aparıcısı Aqil Alışovun təşkil etdiyi verlişdə və başda həmin dövrdə 701 saylı H/hissənin 3 cü taborun kamandiri olmuş Polkovnik Balay Nəsibovun verlişdəki çıxışların sayəsində 31 ildən sonra öyrəndim ki,məlum Murovdağ əməliyatında qəhrəmancasına döyüşüb şəhid olan qardaşım Zimistanın və onunla birgə qəhrəmancasına şəhid olan 12 nəfər zabit və əsgərimizin nəşini düşmənin bir neçə metrliyindən təxliyə edib çıxaran Mayor Adil Nağızadə, kapitan Akif Kamal,Leytenant Çıraq Bayramov və olarla iştirak edən adlarını bilmədiyim döyüşçülər olmuşdur. Onlara bir ömür minnətdarlığımızı bildiririk.


- Səhv etmirəmsə, Ağsu şəhərinin mərkəzi küçələrindən biri Zimistan Qurbanovun adını daşıyır. Sağ olsun ağsuluları, şəhidimizin adını əbədiləşdiriblər.. Subay idi...?


- Hə… Zimistanın o vaxt 22- 23 yaşı vardı. Xalqın o günündə evlənməyi heç ağlının ucundan da keçirmirdi. Amma istədiyi qız vardı...


- Zimistanin ən son döyüşündə şəhid olur, amma qardaşım Cavanşir onunla bir yerdə döyüşsə də, sağ qalıb. Hazırda qazidir. Cavanşirə qardaşının ölümü şox pis təsir etmişdi.Qardaşından əlavə Zimistan onun silahdaşı, səngər yoldaşı idi...


- Elə kəndimizin şəhidləri Muxtarov Mayıl Uğurlu oğlu , Allahverdiyev Famil Heydər oğlu, Qurbanov Şahin İmran oğlu, Həşimov Kərəm Əşrəf oğlu, Bəylərov Mahir Əmraslan oğlunun və nəhayət qardaşım Zimistanın simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm...


- Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin..

- İndi Əntiqə xanım, elə hesab edirəm bizim bu söhbətimiz 13 yaşımdan üzü bəri yaşadığım böyük dərd , kədər və sarsıntılarımın sizə və oxucularınıza göstərə biləcəyim kiçik bir hissəsi idi.. Çox kiçik bir hissəsi... Mənim o videodakı görüntülərdəki halımı yüz il danışsam bitməz... Bəli, səbəb danışa bilmədiklərimin də acısı-ağrısıdır....


- Sizin dərdiniz . bizim dərdimizdir... hər birimizin dərdidir. Təşəkkür üdirəm ki, həmsöhbət olduq...


 Söhbətləşdi Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri