Zinət əşyalarımı götürüb qaytarmırlar VİDEO
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əməkdar artist Elza Seyidcahan küsülü olduğu "Bu şəhərdə" komandasının konsertinə yollanıb. Axşam.az xəbər verir ki, "Günə bax" proqramına müsahibə verən sənətçi aktyorlar, Əməkdar artist Rafael İsgəndərov və Coşqun Rəhimova zinət əşyalarını verdiyini deyib:
"Evimdə olub, çörəyimi kəsiblər. Paltarımı geyinib, zinət əşyalarımı taxıb qaytarmayıblar. Bir neçə dəfə dedim ki, qaytarmadılar. Daha dedim, üzümün abrı gedir, qalsın. Məni mərkəz nöqtə ediblər. Dostlarım dedi ki, getmə, əndazəni aşıblar. Dedim, aşsalar, mən də aşacağam. Görüm necə olacaq. Yuxuda da, yatanda da, səhnələrində də Elza sayaqlayırlar".

