Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Süni intellekt Avstraliya hökumətinə sızdı

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

“Ziraat Bank Azərbaycan”da nə baş verir? İş adamları pullarını geri çəkdi

“Ziraat Bank Azərbaycan”da nə baş verir? İş adamları pullarını geri çəkdi

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlin birinci rübündə "Ziraat Bank Azərbaycan”nın cəmi kapitalı 4398,69 min manat azalaraq 137934,50 min manatdan 133535,81 min manata düşüb.

“Yeni Sabah” Teleqraf-a istinadən xəbər verir ki, 2025-ci ilin birinci rübünün göstəriciləri belə deməyə əsas verir ki, il "Ziraat Bank Azərbaycan” üçün xoş başlamayıb.Bankın faiz gəlirləri, aktivləri, eləcə də öhdəlikləri azalıb.Əvəzində faiz xərcləri artıb, vaxtı keçmiş kreditlərin portfeldə xüsusi çəkisi artıb.

Aprelin 1-nə "Ziraat Bank Azərbaycan” banklardakı depozitlərdən 1 milyon 317min manat faiz gəlirləri əldə edib. Ötən ilin birinci rübündə bu rəqəm 2 milyon 379 min manat olub.

İlin birinci rübündə bankın xalis faiz gəlirləri 7 milyon 519 min manat olub. Hansı ki, ötən ilin eyni dövründə bu rəqəm 7 milyon 942 min manat idi. Beləliklə bankın əməliyyat mənfəəti azalaraq ötən ilin eyni dpvründəki 6 milyon 371 min manatdan 6 milyon 80min manata düşüb.

Diqqət çəkən, bankın mənfəətinin ilin birinci rübünündə aşağı düşməsi olub. Ötən ilin birinci rübündə 4 milyon 349 min manat mənfəət əldə edən "Ziraat Bank Azərbaycan” bu ilin eyni dövründə cəmi 3 milyon 572 min manat qazanıb.

Kreditlərdən asılıb qalan aktivlər

Bankın cəmi aktivləri bu ilin yanvarın 1-nə olan 921 milyon 125 min manatdan aprelin birinə 909 milyon 242 min manata düşüb. Aktivlərin azalmasına maliyyə qurumunun başqa banklardakı müxbir hesablarının, banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərinin, eləcə də qiymətli kağızlara yatırımlarının, Mərkəzi Bankdakı müxbir hesabının, nağd vəsaitlərinin (banknotlar və sikkələr, yolda, bankomatlarda və mübadilə şöbələrində olan nağd vəsaitlər daxil olmaqla) azalması səbəb olub. Bank hesabat dövründə aktiv portfelini müştərilərə verilən kreditlərlə qoruyub saxlayıb.

İş adamları və əhali bankdan pulunu geri çəkib

"Ziraat Bank Azərbaycan”nın öhdəlikləri də azalıb. Öhdəliklər 2025-ci ilin yanvarın 1-nə 787 milyon 589 min manatdan 771 milyon 307 min manata düşüb. Bunda əsasən əhalinin banka yatırdığı vəsaitlər mühüm rol oynayıb. Belə ki, bankda fiziki və hüquqi şəxslərin tələbli depozitləri kəskin azalıb. Fiziki şəxslərin bankdakı tələbli depozitləri ilin əvvəlində olan 32 milyon 480 min manatdan 30 milyon 16 min manata düşüb. Hüquqi şəxslərin tələbli depozitləri isə (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla) ilin əvvəlinə olan 255 milyon 494 min manatdan aprelin birinə 179 milyon 386 min manata düşüb. Fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 277 milyon 679 min manatdan 262 milyon 756 min manata enib. Beləliklə, 2024-cü ilin sonunda 565 milyon 654 min manat depozit portfeli olan bankın hesabındakı əhalinin pulları 472 milyon 158 min manata düşüb.

Məlum olduğu "Ziraat Bank Azərbaycan” əsasən biznes kreditləri ilə, daha dəqiq ifadə etsək özəl təsərüffat cəmiyyətlərinə verdiyi borclarla məşhurdur. Son 1 ildə Bankın kredit portfeli 54,8 % böyüyüb. Bankın 574 milyon 720 min manatlıq kredit portfelinin 532 milyon 107 min manatını biznes kreditləri təşkil edir. Həmin kreditlərin 52 milyon 854 min manatının vaxtı keçib. Bu da kredit portfelinin 9,93 faizinə bərabərdir. Yeri gəlmişkən, bankda vaxtı keçmiş kreditlərin ümumi həcmi 54 milyon 344 min manatdır. Bunun 52 milyon manatını biznes sektoruna verilən vəsaitlərin payına düşməsi maliyyə qurumu üçün əhəmiyyətli itki deməkdir. Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci rübündə biznes kreditləri üzrə vaxtı keçmiş kreditlərin həcmi 24 milyon 166 min manat olub. Portfelin 6,78 faizi həcmində.

Onu da bildirək bankın 532 milyon 107 min manatlıq biznes kreditləri portfelinin cəmi 274 milyon 408 min manatı təminatsızdır. İş adamlarına verilən kreditlərin əsas təminatçısı kimi onların əmlakları çıxış edir. Məlumatlara görə, "Ziraat Bank Azərbaycan”nın sərəncamında biznes subyektlərindən müsadirə etdiyi, sata bilmədiyi əmlakların sayı-hesabı yoxdur.

Gecikmələr sayəsində proqnozlaşdırdığı gəlirlərdən məhrum olan, depozit portfeli kiçilən "Ziraat Bank Azərbaycan” biznes subyektlərindən müsadirə etdiyi bu əmlakları mütəmadi olaraq dəyərindən iki dəfə ucuz satışa çıxarır.

Maliyyə hesabatları göstərir ki, hazırda bankda 3 milyon 527 min manat təhlükəli kredit, 10 milyon 741 min manat ümidsiz kredit var. Onu da bildirək ki, "Ziraat Bank Azərbaycan” minimal kredit faizi ən yüksək müəyyən edən banklardan biridir. Bankda kredit faizləri minimum 17 %-dən başlayır. 1 %-lik komissiya haqqı da əlavə olunsa, bu müştərilərin minimal kredit xərci 18 % təşkil edir. Bank 36 aya 25 min manatadək kredit təklif edir.

Xatırladaq ki, "Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i "Ziraat Bank”a (Türkiyə), 0,01 % - "Ziraat Texnoloji Şirkəti”nə, 0,01 %-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyun 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see211

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see207

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see206

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see186

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see183

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see174

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see162

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri