Zirə nin icarəyə verildiyi klubu tərk edən futbolçusunun aqibəti necə olacaq?
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1-ci Liqa təmsilçisi "Difai"nin sabiq baş məşqçisi Araz Bağırovun heyətə "Zirə"dən cəlb etdiyi hücumçu Şahmar Aşurovun "fədailər"dən ayrıldığını xəbər vermişdik. Bəs görəsən, aşağı liqa komandasına icarəyə göndərilən 21 yaşlı forvardın aqibəti necə olacaq? O, yeni mövsümə harada başlayacaq? Suallara cavab tapmaq üçün "Zirə"nin sözçüsü Elmar Abdullazadə ilə əlaqə saxladıq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Şahmarın icarə müqaviləsi ləğv edilib. O, klubun əvəzedici komandasına qayıdıb və burada qalacaq".
Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb. Mövsüm başa çatandan sonra komandanın "sükanı arxası"na gətirilən Bağırov qısa müddətdən sonra rəhbərliklə fikir ayrılığı səbəbindən postundan göndərilib. Onu Hüseynqulu Quliyev əvəzləyib. Araz bəyin gedişinin ardından 3 futbolçu "Difai"də qalmaq istəməyib ki, onlardan da biri Şahmardır.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 04 Sentyabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















