Icma.az
close
up
RU
Zirəddin ABŞ görüşü ilə bağlı mühüm detalı açdı 8 ci ayın 8 ci günündəki gizli güc

Zirəddin ABŞ görüşü ilə bağlı mühüm detalı açdı 8 ci ayın 8 ci günündəki gizli güc

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Tarix bəzən təsadüflərlə, bəzən də simvollarla danışır. Azərbaycanda bir çox taleyüklü hadisələrin “8” rəqəmi ilə bağlı olması diqqətdən yayınmır. 28 May – Respublika Günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü, 8 Noyabr – Zəfər Günü və indi də mümkün bir sülh müqaviləsinin imzalanması üçün nəzərdə tutulan 8 avqust… Bütün bu önəmli tarixlərin ortaq nöqtəsi bir rəqəmdir: Səkkizinci ayın 8-ci günü.

Bəs bu rəqəm sadəcə təqvim üstü uyğunluqdur, yoxsa Azərbaycanın tarixi və gələcəyi üçün rəmzi bir uğur göstəricisinə çevrilməkdədir?

Globalinfo.az-a danışan ekstrasens Zirəddin Rzayev 8 rəqəmini 0-dan sonra ən güclü rəqəm olaraq qəbul etdiyini vurğulayıb.

Onun sözlərinə görə, 8 rəqəmi özünəgüvənin, qələbə və tükənməyən enerjinin simvoludur:

“Təsadüfi deyil ki, Odlar yurdu Azərbaycanın gerbindəki ulduz da səkkizguşəli ulduz olaraq qəbul edilib. Səkkiz atom enerjisi daşıyır, o rəqəmin çıxışı yoxdur, atom isə enerjidir, hərəkət və oddur. Odlar yurdunun belə bir rəqəmli ulduza sahib olması da təsadüfi deyil. Məhz bu səbəbdən də Vətənimizin əksər uğurları səkkiz rəqəminə təsadüf edir. Səkkiz bütün aləmlərin sirlərinin iç-içə olduğu bir rəqəmdir, kamillik, bütövlük və əbədi dövriyyə əlamətidir”.

Zirəddin Rzayev deyib ki, pifaqorçular üçün bu rəqəm üçölçülü məkanın dayağı, kainatın bünövrəsi, sabitliyin görünməz çərçivəsidir:

Həmçinin oxuyun:

Prezident müşavirə keçirdi, çıxış etdi – FOTOLAR / VİDEO

“Şumer-semit ənənəsində bu, ritmləri və ulduzların harmoniyasını ölçən cənnətin sehrli nömrəsidir. Buddistlər üçün səkkiz tamlıqdır, bütün imkanların anbarıdır, səkkiz yaxşı əlamət simvolu oyanış qapıları kimi parlayır. Çin müdrikliyində bu rəqəm bütövü təcəssüm etdirir: Ba-quanın səkkiz triqramı, insan varlığının səkkiz sevinci, hər şeyin öz yeri və mənası olduğu zaman və məkan dairəsi. Xristianlıqda səkkiz yenidən doğuş işığını gətirir: səkkizbucaqlı vəftiz şrifti yeni həyatın qapısıdır; səkkiz səadət əmri mənəvi yüksəkliklərə aparan yoldur. Misirdə bu, bilik və yazının qoruyucusu, sirlərin ağası olan Totun sayıdır. Yəhudilər Məbədin həsr olunduğu səkkiz günü işıqlandıran Rəbbin nömrəsinə sahibdirlər.

Hinduizmdə səkkiz dəfə səkkiz yerə endirilmiş göylərin nizamıdır; məbədlərin mandalası, dünyanın səkkiz bölgəsi, səkkiz günəş, günün hissələri və çakralar – daşa və ruha həkk olunmuş kainatın ritmidir.

İslamda hər şeyi idarə edən Ərşi Yaradanın nitqinin toxunduğu səkkiz istiqaməti və səkkiz hərf qrupunu əks etdirən səkkiz mələk tutur.

Yaponiyada isə səkkiz “çox”, saysız-hesabsızdır və səkkiz tanrı dünyanı tarazlıqda saxlayaraq göylərdə parlayır”.

Zirəddin Rzayev son olaraq qeyd edib ki, səkkiz sadəcə bir rəqəm deyil, arxasında sonsuzluğun dayandığı qapıdır.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Avqust 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri