“Zirə”nin futbolçusu: “Bu dəfə daha ciddi hazırlaşmışıq”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Zirə”nin futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Payde”yə (Estoniya) qarşı keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, braziliyalı müdafiəçi bu barədə matçdan əvvəl Bakıda təşkil olunan mətbuat konfransında danışıb.
Renato ilk qarşılaşmada istədikləri nəticəni əldə edə bilmədiklərini, lakin oyun baxımından üstün olduqlarını bildirib:
“İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki, üstün tərəf biz idik. Bu dəfə daha ciddi hazırlaşmışıq. Mərhələni keçən tərəf olmaq istəyirik”.
Qeyd edək ki, “Zirə” - “Payde” cavab qarşılaşması iyulun 30-da Sumqayıt şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. Estoniyada baş tutan ilk oyunda “Payde” 1:0 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 29 İyul 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















