Icma.az
close
up
RU
“Zirə”yə qarşı uğursuz seriya son oyuna doğru

“Zirə”yə qarşı uğursuz seriya son oyuna doğru

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Zirə” Azərbaycan Premyer Liqasının XXIV turunda “Kəpəz”i qəbul edəcək. Görüşün keçirilməsi dünənə planlaşdırılsa da, güclü qar səbəbindən oyun bu günə təxirə salınıb.

“Zirə” Premyer Liqada 23 turdan sonra 42 xalla 4-cü sıradadır. Komanda bu gün qələbə qazanacağı halda, ikinci pilləyə yüksələ bilər. Üçüncü “Turan Tovuz”la xalları bərabər olan “qartallar” ikinci “Araz-Naxçıvan”ın 3 xal gerisindədir.

“Zirə” çempionatı ən formada komandasıdır. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv son beş matçda 4 qələbə qazanıb, 1 dəfə uduzub. Yeganə məğlubiyyətini evdə “Neftçi”yə qarşı alan “qartallar” ötən turda Sumqayıt səfərindən üç xalla dönüb.

“Kəpəz” də son turlarda xallar qazanmaqdadır. Komanda ardıcıl üç oyunda uduzmayıb. “Sabah”ı məğlub edən gəncəlilər “Araz-Naxçıvan” və “Səbail”lə heç-heçəyə razılaşıb. “Kəpəz” 19 xalla turnir cədvəlinin 9-cu sırasında qərarlaşıb və autsayder “Səbail”dən bir xal öndədir.

“Zirə” ilə “Kəpəz” arasında bu mövsüm baş tutan üç oyunun da “qartallar” qazanıb. Maraqlı faktlardan biri də “Kəpəz”in bu mövsüm “Zirə”yə qol vura bilməməsidir. Ümumiyyətlə, Gəncə təmsilçisi sonuncu dəfə 2017-ci ildə “Zirə”yə qalib gəlib.

Bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyuna saat 16:00-da start veriləcək.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Fevral 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri