Icma.az
close
up
RU
Zirvə görüşü regional sülh və təhlükəsizlik məsələlərinin türk dövlətlərinin prioritet istiqaməti olduğunu təsdiqlədi

Zirvə görüşü regional sülh və təhlükəsizlik məsələlərinin türk dövlətlərinin prioritet istiqaməti olduğunu təsdiqlədi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Müasir dövrdə dünya siyasi düzəni sürətlə dəyişir, yeni güc mərkəzləri formalaşır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı (TDT) regional və qlobal səviyyədə əhəmiyyətini artıran mühüm platforma kimi ön plana çıxır. Tarixi və mədəni bağlılıqlara əsaslanan bu birlik eyni zamanda siyasi və iqtisadi zərurətdən irəli gələn strateji əməkdaşlıq modelidir. TDT təkcə ortaq tarix və mədəniyyət üzərində deyil, eyni zamanda üzv ölkələrin ortaq maraqlarını müdafiə edən, onların beynəlxalq nüfuzunu artıran qardaşlıq və tərəfdaşlıq birliyi kimi formalaşmışdır. TDT sammitlərinin mütəmadi olaraq Azərbaycanda keçirilməsi ölkəmizin bu təşkilatdakı mövqeyinin və nüfuzunun aydın göstəricisidir. Xüsusilə Qəbələdə keçirilən XII Zirvə Görüşü bir çox aspektdən tarixi əhəmiyyət kəsb edir. Bu görüş, yalnız üzv dövlətlərin bir araya gəlməsi baxımından deyil, həm də Türk dünyasının gələcək strateji hədəflərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə oldu. Qəbələ Zirvəsi həm də onunla yadda qaldı ki, liderlər buradan dünyaya barış və sülh mesajı göndərərək beynəlxalq münasibətlərdə güc prinsipinin deyil, hüquq və ədalətin üstünlüyünün vacibliyini vurğuladılar. Zirvə zamanı Prezident İlham Əliyevin çıxışı xüsusi diqqət çəkdi və bu nitqdə səsləndirilən əsas ideyalar TDT-nin gələcək inkişafına dair strateji yol xəritəsi kimi tarixə düşdü. Prezident İlham Əliyev bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə regional əməkdaşlıq qurumu deyil, qlobal əhəmiyyətə malik geosiyasi aktor kimi formalaşmaqdadır. Azərbaycan bu təşkilat çərçivəsində siyasi, iqtisadi və hərbi sahələrdə mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmizin daxili sabitliyi, əlverişli coğrafi mövqeyi və artan iqtisadi potensialı TDT-nin ümumi gücünə ciddi töhfələr verir. Azərbaycanın TDT Katibliyinə göstərdiyi maliyyə dəstəyi, üzv ölkələrlə, xüsusilə Türkiyə ilə həyata keçirilən birgə hərbi təlimlər təşkilat daxilində strateji birliyin möhkəmləndirilməsinə xidmət edir. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası təkcə milli deyil, həm də regional sabitliyin və ədalətin bərqərar olunması baxımından mühüm hadisə oldu. Qəbələ sammitində liderlər tərəfindən verilən bəyanatlar bir daha göstərdi ki, türk dünyasında siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq və ortaq strateji məqsədlər vacibdir. Zirvə görüşü həmçinin regional sülh və təhlükəsizlik məsələlərinin türk dövlətlərinin prioritet istiqaməti olduğunu təsdiqlədi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu mövzu təşkilatın yol xəritəsində əsas istiqamət kimi müəyyənləşdirilmişdir. Sülh və inkişaf — TDT-nin vahid güc mərkəzinə çevrilməsi yolunda başlıca hədəfdir. Bu məqsəd Türk dünyasını birləşdirir və onu gələcəyə doğru inamla aparır. Bundan əlavə, nəqliyyat və enerji sahələrində həyata keçirilən layihələr — Orta Dəhliz, Zəngəzur dəhlizi, bərpaolunan enerji təşəbbüsləri — Türk dünyası ölkələri arasında iqtisadi və infrastruktur əlaqələrini daha da gücləndirir. Azərbaycanın bu sahədəki təşəbbüsləri TDT-nin regional və qlobal mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. TDT-nin fəaliyyəti ortaq tarix, dil və mədəniyyət üzərində qurulan əməkdaşlıq modeli ilə seçilir və bu model gələcək üçün böyük perspektivlər vəd edir. Bu birlik təkcə tarixi keçmişə söykənmir, həm də ortaq gələcək naminə formalaşan mənəvi və strateji platforma kimi çıxış edir.

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri