Icma.az
close
up
RU
Xankəndi Zirvə görüşü Azərbaycanın ECO timsalında təşəbbüskar mövqeyə malik olduğunu bir daha təsdiqlədi

Xankəndi Zirvə görüşü Azərbaycanın ECO timsalında təşəbbüskar mövqeyə malik olduğunu bir daha təsdiqlədi

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 3-4-də  Xankəndi şəhəri  tarixinin yeni səhifəsini yazdı. Bu qədim Azərbaycan torpağının ev sahibliyi etdiyi  İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü qlobal  siyasi gündəmdə təkcə  mühüm beynəlxalq hadisə deyil, eyni zamanda, Ermənistanın 30 il davam edən işğalının dağıntılarından bərpa-quruculuq dövrünə qədəm qoyan  bir şəhərin dirçəlişinin rəmzi kimi dəyərləndirildi.
Son beş ilin qüruruverici hadisələrindən biri azadlığına qovuşmuş  torpaqlarımızın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsidir. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” müraciəti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbində sonsuz sevinc, qürur hissi yaratdı. 30 il davam edən  işğal dövrünün əsas hədəfi olan “Azərbaycan Bayrağının Qarabağda,  o cümlədən  Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil” çağırışı artıq reallığa çevrilməklə yanaşı, bu gün bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqları Azərbaycan Bayrağı ilə birlikdə dalğalanır. Bu cənnət məkanda  beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya  mühüm mesajlar ünvanlanır.
3-4 iyul tarixlərində  Xankəndi şəhərindən beynəlxalq aləmə türk dünyasının qardaşlığının, həmrəyliyinin, birliyinin növbəti  mesajları ünvanlandı. Son illərin Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, həmrəyliyi də  Zirvə görüşünün diqqətçəkən  mühüm məqamlarından oldu. Bir sözlə, azad Qarabağımız bu  günlərdə daha möhtəşəm, qürurlu anlarını  yaşadı.  Prezident  İlham Əliyevin Zirvə görüşü çərçivəsində bu məkanda ECO-nun üzv dövlətlərinin başçıları və digər rəsmiləri ilə çoxsaylı görüşlərinin hər biri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında yeni səhifə açdı. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında “Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir” söyləyərək budəfəki Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu bildirdi. Vurğuladı ki,  işğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir.  Bu sırada Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd edə bilərik.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, suverenliyimizin tam bərpasından keçən iki ilə yaxın dövrdə Xankəndidə görülən işlərin timsalında bütün azad edilmiş ərazilərimizdə  aparılan bərpa-quruculuq tədbirləri barədə aydın təsəvvür yaratmaq mümkündür. Zirvə görüşünün keçirildiyi Xankəndi Konqres Mərkəzinin dövlət başçısı İlham Əliyevin iştirakı ilə iyulun 3-də açılışı oldu. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Qarabağa son səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, görülən işlərlə tanış olduğu sosial obyektlərin xronologiyası bu məkanın tərəqqi yolunda inamla addımlamasının  aydın mənzərəsini yaradır.  Dövlətimizin başçısı səfər çərçivəsində  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılış mərasimində iştirak etdi. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu, Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu, Xankəndi Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışında iştirak etdi, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxdı. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular. Prezident İlham Əliyevin sözügedən Zirvə görüşündə qeyd etdiyi kimi, işğaldan azad  olunmuş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Vüqar Rəhimzadə vurğulayıb ki, ECO-nun Zirvə görüşü Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə  mühüm töhfə verəcək. Cənubi və Mərkəzi Asiyadan  Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf üçün önəmli platforma rolunu oynayır. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Azərbaycan yerləşdiyi geostrateji mövqeyə görə həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə bu məqamları xüsusi qeyd etdi ki, ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə ölkəmiz dünyada ön sıralardadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Milli Məclisin deputatı bildirib ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir gündəmə gətirdiyi məsələlərin, onların həllinə nail olmaq üçün atılacaq addımların təqdimatı ilə diqqətdədir. Zirvə görüşündə ECO-ya üzv ölkələrin dövlət başçılarının çıxışlarında da günümüzün əsas çağırışları öz əksini tapdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərinin Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyini vurğuladı, həmçinin Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevin şəxsində bütün  Azərbaycan xalqını təbrik etdi. Ticarətdən nəqliyyata, ətraf mühitdən enerjiyə qədər müxtəlif sahələrdə geniş potensiala sahib olan İqtisadi Əməkdaşlıq Təşkilatının  Zirvə görüşünün iqlim dəyişikliyinə həsr edilməsinin son dərəcə doğru qərar olduğunu bildirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hər hansı sülh və inkişafın bünövrəsinin öncə iqtisadi əməkdaşlığa söykəndiyini önə çəkərək vurğuladı ki,  təşkilat daxilində tərəfdaşlığımız nəinki təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Təşkilatın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etmək üçün “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanın  qəbulunun  zəruriliyi bildirildi. Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 iqlim konfransında qəbul edilən qərarların uğurlu icrası təqdir olundu. Çıxışların hər birində belə bir əminlik ifadə edildi  ki, Zirvə görüşü qarşıya qoyulan məqsədlərə, planlara nail olmaq işinə stimul olacaq, çoxtərəfli və praktiki əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan ECO çərçivəsində əlaqələrin gücləndirilməsində və əməkdaşlığın genişləndirilməsində maraqlı tərəfdir. Xankəndi Zirvə görüşü ölkəmizin ECO daxilində yüksək etimada, təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha  təsdiqlədi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 İyul 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see276

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see209

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see149

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see147

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see145

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see141

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see137

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see133

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see131

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see131

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see127

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see126

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see124

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see122

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see122

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see120

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see120

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see120

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see119

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri