Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Zirvə görüşü yeni bir mərhələnin göstəricisidir Deputat

Zirvə görüşü yeni bir mərhələnin göstəricisidir Deputat

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında keçirilən Zirvə görüşü dərin siyasi məzmun və tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı çıxışında həm Azərbaycan, həm dost və tərəfdaş ölkələr, eləcə də regionumuz üçün olduqca aktual olan məsələlərə toxunub". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, Azərbaycan Prezidenti azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, əhalinin doğma torpaqlarına qayıdışı ilə bağlı əhəmiyyətli fikirlər səsləndirib:

"Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə formatında bir araya gəlməsi siyasi, strateji və mənəvi müstəvidə tarixi əhəmiyyət kəsb edir. Üç qardaş ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından bu Zirvə görüşü regional əməkdaşlığın yeni mərhələsinə yol açan mühüm hadisə kimi xarakterizə olunur. Bu görüş həm işğaldan azad olunmuş torpaqlarda yeni həyatın qurulması, həm də birgə dəyərlər üzərində qurulmuş münasibətlərin gələcək inkişaf perspektivlərini əks etdirməsi fonunda xüsusilə təqdirəlayiqdir.  

Laçın uzun illər düşmən tapdağında qalmış, lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra azad edilərək Böyük Qayıdış prosesinə start verilmiş ərazilərdən biridir.  

Ərazi bütövlüyünün bərpası yolunda qarşıya çıxan ədalətsizliklərə və ikili standartlara rəğmən, Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb.  

Dost və qardaş ölkələrin həm işğal dövründə, həm də postmüharibə mərhələsində verdiyi mənəvi-siyasi dəstək xüsusilə əhəmiyyətlidir. İşğal dövründə Türkiyə və Pakistan daim Azərbaycanın haqlı mövqeyini müdafiə edib, beynəlxalq tribunalarda ədalətin və hüququn bərpası naminə prinsipial və ardıcıl çıxış ediblər. Dövlətimizin başçısı qeyd edib ki, biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk: “Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.

Azərbaycan, Türkiyə və Pakistan liderləri tərəfindən verilmiş mesajlarda aydın şəkildə ifadə olunur ki, üçtərəfli əməkdaşlıq modeli artıq regional və qlobal məsələlərdə mühüm faktora çevrilməkdədir. Bu dostluq, qardaşlıq və etibarlı tərəfdaşlıq müstəvisində formalaşan münasibətlər gələcək nəsillər üçün də yeni imkanlar vəd edir.

Bütövlükdə, Zirvə görüşü yeni bir mərhələnin göstəricisidir. Bu, yalnız qələbənin deyil, həm də dostluğun, həmrəyliyin və ortaq gələcəyin təntənəsidir. Azərbaycan, Türkiyə və Pakistan artıq sübut ediblər ki, onlar yalnız çətin günlərin deyil, eyni zamanda quruculuq, inkişaf və sabitliyin birgə tərəfdaşlarıdır". 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri