Ziya Bünyadov prospektində iki mağaza və anbar yanıb, xəsarət alan yoxdur VİDEO
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının Nərimanov rayonu Ziya Bunyadov prospektində iki mağaza və anbar yanıb, xəsarət alan yoxdur.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.
Qeyd edib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində, tikinti materiallarıın saxlanıldığı obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri, ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində tikinti məhsulları satılan 240 kvadratmetrlik iki mağaza və mağazanın arxasındakı 200 kvadeatmetrlik anbar yanıb.
Nazirlik rəsmisi qeyd edib ki, digər obyektlər yanğından mühafizə olunub və yanmayan mağazalardakı əşyalar nazirlik əməkdaşları tərəfindən təhlükəsiz əraziyə daşınıb.
"Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır, əlavə məlumat veriləcək”, rəis müavini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 21 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















