Icma.az
close
up
RU
Ziya Bünyadov prospektinin bu hissəsində avtobus zolağına MÜVƏQQƏTİ girə bilərsiz VİDEO FOTO

Ziya Bünyadov prospektinin bu hissəsində avtobus zolağına MÜVƏQQƏTİ girə bilərsiz VİDEO FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Ziya Bünyadov prospektində hər gün yaranan və bir neçə saatı əhatə edən tıxac uzun müddətdir vətəndaşları narahat edirdi.

Avtosfer.az xəbər verir ki, ərazidəki avtobus zolağı, eləcə də dayanacaq, kəsiçmə nöqtələrindəki konflikt zonalar problemlərin əsas qaynağı hesab edilirdi.

Redaksiyamıza sürücülər tərəfindən vaxtaşırı daxil olan şikayətlər əsasında əməkdaşımız ərazidə çəkiliş aparıb. O qeyd edib ki, Ziya Bünyadov Böyükşor yolunun kəsişməsində yaranan vəziyyət özü ilə yeni problemlər gətirir:

“Avtobus zolağı ilə yanaşı, Böyükşor yolundan gələnlərə maneə yaradan məsələlərdən biri də döngədəki dayanacaqdır. Avtobus zolağından keçməkdə çətinlik çəkən sürücülər, üstəlik, dayanacaqda sərnişin mindirib-düşürən avtobusları da gözləməyə məcbur qalırlar. Buna görə də elə tuneldə də, Ziya Bünyadov prospektində də uzunmüddətli tıxaclar yaranır.n bir də bunun başqa bir çətin tərəfi də var. Bir az irəlidən Müzəffər Nərimanov küçəsinə döngə var. Orada da böyük konflikt zona yarandığı üçün sürücülər artıq hər gün bu hissədən keçməkdən təngə gəliblər. Çünki onlar hər gün eyni problemlə rastlaşırlar. Eyni vəziyyət Ziya Bünyadov prospektindən Böyükşor yoluna döngədə də yaşanır. Bu vəziyyətə görə həm Nizami rayonu istiqamətində, həm də Nərimanov, Binəqədi və Nəsimi rayonları istiqamətində saatlarla çəkən tıxaclara gətirib çıxarır. Aidiyyəti qurumlar məsələnin həl yollarını tapmalıdır”.

Ötən gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi birgə məlumat yaydı. Məlumatda qeyd olunub ki, Böyükşor-Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlifsəviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub. Bununla yanaşı Ziya Bünyadov prospektində monitorinqlər aparılıb:

““Təhlillərin nəticəsinə əsasən, bu müddət ərzində həmin ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin nizamlı hərəkətinin təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə əsas layihənin tikintisi yekunlaşana qədər hazırlanmış müvəqqəti həll işə salınaraq monitorinqlərə başlanılıb. Artıq ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib”.

Məlumata əsasən Ziya Bünyadov prospektinin Böyükşor yolu ilə kəsişməsində hər iki istiqamətdən hərəkət edənlər üçün işıqfor yerləşdirilib. Bununla yanaşı avtobus zolağı silinib və yerdə sarı xətlər çəkilib.

Bu xətlər həm “Koroğlu” tərəfdən, həm də Nərimanov rayonundan gəlib Böyükşor yoluna dönənlər üçün çəkilib. Sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, ərazidə çəkilən həmin zonada hərəkəti davam etdirmək olar. Yolun məhz həmi hissəsində avtobus zolağı müvəqqəti olaraq öz qüvvəsini itirir.

Dəfələrlə şəhərin digər ərazilərində zolaqların bir hissəsində sarı torlar çəkildiyinin şahidi olmuşuq və sürücülər adətən bu hissələrlə hərəkət etməyə çəkinirlər. Bu da öz növbəsində sıxlığa və ictimai nəqliyyatın hərəkətinə maneə yaradan amillərdəndir.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 İyul 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri