Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Zoyaxanımın başına vurub öldürdüm Bakıda 26 il bağlı qalan CİNAYƏT

Zoyaxanımın başına vurub öldürdüm Bakıda 26 il bağlı qalan CİNAYƏT

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

24 yanvar 1997-ci il Bakının Nizami rayonu Keşlə qəsəbəsində qətl hadisəsi olur. Polis və prokurorluq əməkdaşlarının baxış protokolundan məlum olur ki, hadisə Keşlə qəsəbəsində yerləşən fərdi evdə baş verib. Qonaq otağının girişində arxası üstə uzanmış vəziyyətdə 66 yaşlı Zoyaxanım Rzayevanın meyiti aşkar edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda həmin dövrki Cinayət Məcəlləsinin 94.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Zoyaxanım Rzayevanın baş nahiyyəsində 6 ədəd yara və kəllə sümüklərinin qəlpəli sınığı aşkar edilib. Onun ölümünə — küt travma nəticəsində beyinə qansızma səbəb olub.
İş üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, cinayəti törədən şəxs və ya şəxslər müəyyən edilməyib. Müvafiq qərarla cinayət işinin icraatı dayandırılıb.  
2023-cü il iyunun 24-də Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda 26 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə birgə məlumat yayıb. Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Kərim Kərimli cinayət məsuliyyətinə cəlb edilib.


Tələbnaməyə əsasən, Kərimli 2003-cü ildə Nizami rayon Məhkəməsinin hökmü ilə CM-nin 178-ci (dələzuluq) maddəsi ilə 3 il 6 ay müddətinə şərti cəzaya, 2007-ci ildə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə CM-nin 120.2.5-ci (sifarişlə və ya tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 178-ci (dələduzluq) və 181-ci (quldurluq) maddələri ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 2021-ci ilin may ayında o, cəzasının sonu ilə əlaqədar azad edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, 1997-ci ildə Keşlə qəsəbəsində yaşayan Zoyaxanım Rzayeva qohumu Vidadi Cəfərovun qəbul etdiyi narkotik vasitənin təsirindən ölməsində qonşusu Kərim Kərimlini günahlandırıb. Yanvarın 22-i saat 18 radələrində Kərim Kərimli qadının yanına gedərək, ondan bunun səbəbini soruşanda Zoyaxanım Rzayeva kobud cavab verərək, ondan evini tərk etməsini tələb edib. Kərim qadının ona dediyi nalayiq ifadələrindən hiddətlənərək, evdən çıxıb və giriş qapısının yanında, divara söykədilmiş dəmir borunu götürərək, geri qayıdıb. Dəhlizdə dayanmış yaşlı qadına yaxınlaşıb, arxadan rəhmsizliklə başına dəfələrlə güclü zərbələr endirib. Nəticədə qadın ölüb.

Bundan başqa, Kərim Kərimli  2022-ci ilin fevral ayında tanışı Zəminə Cəlilovanın Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi və orda inşa edilmiş evini satmaq istəməsini öyrənib. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə qadına torpağı və evi yalandan 45.000 manata satacağını söz verərək, əmlak alqı-satqısı ilə məşğul olan, onun cinayətkar niyyətindən xəbəri olmayan Asif Cəbrayılova müraciət edib, özünü Cəlilovanın əri kimi təqdim edib. Asif Cəbrayılovun vasitəsi ilə tanış olduğu Əlzamin İsmayıllıya torpağı evlə birlikdə 16.000 manata satacağını bildirib. Fevralın 16-da əmlak sahibi Zəminə Cəlilova ilə birlikdə Xətai rayonun Sarayevo küçəsi 11 ünvanında yerləşən 18 saylı notariat ofisinə gəlib. Ofisdə əmlakın satılmasına dair müvafiq sənədlər hazırlanandan sonra Kərim Zəminəyə maşında gözləməsini deyib, özü isə Əlzaminin dayısı Əsgər Qurbanovdan 16.000 manat məbləğində pul vəsaitini alaraq, ələ keçirib. Bununla da, Kərim Kərimli zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.
İş üzrə dindirilmiş Kərim Kərimli bildirib ki, bibisi oğlunun vəfat etməsində günahı olmadığı halda qonşusu Zoyaxanım Rzayeva hər dəfə onu görəndə deyib ki, guya qohumunu o öldürüb:

“Niyə mənə böhtan atdığını soruşanda, o bildirdi ki, Vidadi Cəfərov mənim gətirdiyim narkotik vasitənin təsirindən dünyasını dəyişib. Bu səbəbdən aramızda narazılıq yarandı. Rzayevadan söz-söhbətlərə son qoymasını xahiş etdim. Yanvarın 22-də qadının evinə gedərək, niyə məni əsassız günahlandırdığını soruşdum. Cavab olaraq, qonşum məni söyərək, evini tərk etməyimi tələb etdi. Təhqirlərdən əsəbləşdiyim üçün əlimə keçən metal boru ilə Zoyaxanım Rzayevanın başına zərbələr endirdim və sonra hadisə yerindən uzaqlaşdım”.


Məhkəmə iclasında Kərim Kərimli qəsdən adam öldürmə ittihamı ilə özünü qismən təqsirli bilib, dələduzluq maddəsi ilə özünü təqsirli bilməyib.
Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Piri Nuriyevin ifadəsi elan olunub. O bildirib ki, bibisi Zoyaxanım Rzayeva Keşlə qəsəbəsində, fərdi evdə tək yaşayıb, əri vəfat edib, övladları olmayıb:

“1997-ci il yanvarın 24-də bibimin qonşuları xəbər ediblər ki, qadının evinin qapısı 2 gündür bağlıdır. Həmin axşam işdən sonra Keşlə qəsəbəsinə gəldim. Hasardan həyətə keçərək, həyət qapısının bir tayını açdım ki, qonşular da içəri keçə bilsin. Qapı arxadan cəftə ilə bağlanmışdı. Evə daxil olanda döşəmədə, hərəkətsiz vəziyyətdə qalan bibimin meyitini gördüm. Qadının üzündə yastıq vardı. Meyitdən qorxduğum üçün evdən çıxdım. Sonradan polis əməkdaşları gəldilər. Əvvəl bibimin qarət məqsədilə öldürüldüyünü düşünsək də, sonradan məlum oldu ki, evdən qiymətli əşya və pul aparılmayıb. Vidadi Cəfərov Zoyaxanım Rzayeva ilə üzbəüz yaşayırdı. O vaxt Keşlədə eşitdim ki, Vidadinin atası Ağamehti oğlunun narkotik vasitələrdən istifadə etməsinə dözmədiyi üçün intihar edib. Hamı danışırdı ki, Vidadi yüksək dozada narkotik vasitə qəbul etdiyinə görə ölüb. Kərim Kərimlini bibimin qonşusu kimi tanıyırdım, Kərim Vidadinin qohumu idi”.


Şahid Aqşin Nuriyevin ifadəsi elan olunub. Məlum olub ki o, 2023-cü il yanvarın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluq əməlinə görə tutulub:

“Yanvarın 31-dən Bakı İstintaq Təcridxanasında 8-ci korpusun 65-ci kamerasında saxlanılıram. Aprel ayında Kərim Kərimli dələduzluq əməlinə görə tutularaq, təcridxanaya gətirildi. Kamerada Kərimli mənimlə və narkotik vasitələrin satışında ittiham olunan Orxan Nağıyevlə münasibət saxlayırdı. Söhbət əsnasında Kərimin əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkum olunduğunu bildim. May ayında gəzintiyə çıxarılanda kamera yoldaşımın fikirli olduğunu görüb səbəbini soruşdum. Kərim mənə 90-cı illərin axırlarında Keşlə qəsəbəsində yaşlı qadın öldürdüyünə görə vicdan əzabı çəkdiyini dedi. Kərimə inanmadım. Zarafat etdiyini düşünüb sözlərinə əhəmiyyət vermədim”.


Şahid qismində dindirilmiş Nizami rayon prokurorluğunun sabiq böyük müstəntiqi Həsən Əliyev göstərib ki, 1997-ci il yanvarın 24-də rayon prokurorluğuna yaşlı qadının Keşlə qəsəbəsində yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub:

“Tərəfimdən hadisə yerinə baxış keçirilərək, protokol tərtib olundu. Meyitin üzündə hər hansı yastıq görməmişdim. İstintaqın ilkin mərhələsində Zoyaxanım Rzayevanın öldürülməsində qohumlarından şübhələnsəm də, sonradan bu xüsusatlar təsdiqini tapmadı. Mərhumun heç kimlə ədavəti olmayıb. Qadını öldürən şəxs evdən qiymətli əşyalar götürməyib. Hesab edirəm ki, həmin cinayət əvvəlcədən planlaşdırılmayıb. O zaman hadisə yerində fotoaparatla şəkillər çəkilsə də, iş materiallarına hansı səbəbdən əlavə olunmadığını xatırlamıram. Cinayət işinin istintaqı sonra prokurorluğun digər müstəntiqinə həvalə edildi”.


Dövlət ittihamçısı Kərim Kərimliyə 18 il cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi Piri Nuriyev təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib. Zərərçəkmiş Zəminə Cəlilova məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışmadığını göstərib və ona dəymiş zərərin ödənilməsini tələb edib.
Məhkəmə nəticəyə gəlib ki, Kərim Kərimlinin əməlləri ibtidai istintaq orqanı tərəfindən 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94.6-cı (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə düzgün tövsif edilib. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinərək, cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kərim Kərimliyə 17 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. 2006-cı ildən 2021-ci ilədək 14 il 6 ay cəza çəkdiyi müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Dekabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri