Zülfiyyə Xanbabayeva: “Məktəblilərin eyni formada geyinməsini dəstəkləyirəm”
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məktəblilərin eyni formada geyinməsi təhsil mühitində bərabərliyin qorunması baxımından vacibdir. Onun sözlərinə görə, vahid məktəbli forması uşaqlar arasında geyimə görə fərqlərin yaranmasının qarşısını almağa kömək edir.
Mövzu ilə bağlı Xalq artisti Zülfiyyə Xanbabayeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, məktəblilərin vahid geyim formasında olması ilə bağlı fikirlərini bölüşüb.
Zülfiyyə Xanbabayeva qeyd edib ki, qızı məktəbdə oxuduğu zaman da şagirdlərin eyni formada geyinməsini dəstəkləyib. Onun fikrincə, uşaqların istədikləri kimi geyinməsi məktəblilər arasında sosial fərqlərin daha qabarıq görünməsinə səbəb ola bilər.
“Əlbəttə, mən qızım məktəbdə oxuyanda da onların formalarının eyni olmasını istəyirdim.Övladımı ümümtəhsil müəssisəsinə qoyanda da düşünürdüm ki, məktəbli geyimi hamı üçün eyni olmalıdır. Çünki şagirdlər istədikləri kimi geyinəndə elə bir vəziyyət yaranır ki, kimsə daha bahalı, kimsə isə fərqli geyimdə olur. Bu da uşaqlar arasında müəyyən fərqlərin ortaya çıxmasına səbəb ola bilər. Amma hamı eyni formada olanda bu cür düşüncələr və müqayisələr arxa plana keçir”, – deyə sənətçi bildirib.
Xalq artisti vurğulayıb ki, uşaqların məktəb yaşlarında düşüncələri və həyata baxışları hələ formalaşma mərhələsində olur. Buna görə də onların təhsil mühitində özlərini başqaları ilə müqayisə etmələrinə səbəb ola biləcək halların mümkün qədər azaldılmasını vacib hesab edir.
Zülfiyyə Xanbabayeva özünün də valideyn kimi bu məsələyə xüsusi diqqət yetirdiyini söyləyib. O bildirib ki, qızının məktəb illərində vahid forma qaydasının tətbiq olunmasını doğru yanaşma hesab edib və bu mövqeyini indi də qoruyub saxlayır.
“Uşaqlar məktəbdən gələndə müxtəlif şeylər görür, düşünür, başqaları ilə özlərini müqayisə edirlər. Mən bunu sizə ən sadə formada izah edirəm ki, fikrim aydın olsun. Ona görə də hesab edirəm ki, məktəbdə hamının eyni formada geyinməsi yaxşıdır. Mən qızımın məktəbdə vahid forma geyinməsini dəstəkləmişəm və bu yanaşma ilə razıyam”, – deyə Zülfiyyə Xanbabayeva fikirlərini yekunlaşdırıb.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 11 Oktyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















