Icma.az
close
up
RU
Zümrüd Ağayeva: 2025/2026 mövsümündə Azərbaycanda yarışlar 4 liqa üzrə keçiriləcək

Zümrüd Ağayeva: 2025/2026 mövsümündə Azərbaycanda yarışlar 4 liqa üzrə keçiriləcək

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Azərbaycanda 2025/2026 mövsümündə qadın futbolunda yarışlar 4 liqa üzrə keçiriləcək".

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva deyib.

Qurum rəsmisi yeni mövsümdən etibarən Azərbaycanda qadın futbolu ilə bağlı bir sıra qərarlar qəbul edildiyini bildirib: “Ötən mövsüm bütün qız liqalarında iştirak edən komandaların nümayəndələri ilə görüş oldu. Bu il müraciətlər əsasında yeni komandalar da dəvət etmişik. 2025/2026 mövsümündə U-12, U-14, U-16 və Yüksək Qızlar Liqası keçiriləcək. Hələ ki, formatla bağlı heç bir məlumat verə bilmirik, çünki qeydiyyat prosesi avqustun sonunadək davam edəcək. Komandaların sayı bəlli olandan sonra uyğun formatı müəyyənləşdirəcəyik. U-16 Liqası və Yüksək Qızlar Liqası ev-səfər sistemi ilə keçiriləcək. U-12 liqası kütləvi xarakter daşıyacaq. Yeni istedadların aşkar edilməsinə, kütləviliyin təminatına çalışacağıq. Bu bizim üçün fundamental bir liqa olacaq. Gələcəkdə U-12 liqasından çıxan qızları ilk olaraq U-15 millisinə dəvət edəcəyik. Yüksək Qızlar Liqasının məqsədi o olacaq ki, U-17, U-19 və əsas millinin oyunçuları məhz burada toplaşıb oynasınlar. U-16 Liqası isə U-15 və U-17 yığmalarına namizəd oyunçular üçün keçid rolunu oynayacaq”.

Departament rəhbəri liqalarda gəncləşdirmə prosesi aparılacağını da söyləyib: “Liqada gəncləşdirmə prosesinin məqsədi birbaşa keyfiyyətə təsir etmək və böyük oyunçu kütləsi yaratmaqdır. Belə də komandaların sayı da çox olacaq. Üstəlik, intensivlik yüksək olacaq və rəqabət artacaq. 2010 təvəllüdlü futbolçular da Yüksək Liqada oynayacaqlar. Bunun səbəbi futbolçuların fiziki hazırlığı ilə bağlıdır. Çünki bu yaşda olan oyunçular xaricə gedəndə yaşca özlərindən böyük futbolçulara və çətin rəqiblərə qarşı oynayırlar. Azərbaycanda U-16 Liqasında rəqabət aşağıdır və Avropada güclü rəqiblərə qarşı oynamağa hazır olmurlar. Qızlarımızın nə fiziki durumu, nə də texniki hazırlıqları buna imkan verir. Bütün yaş qrupu üzrə millilərin baş məşqçilərinin fikirlərini də öyrəndik. Qızların sayını artırmaq, istedadlı olanlara özlərindən yaşca daha yuxarı komandaların heyətində oynamaq məqsədilə gəncləşdirmə prosesi aparmaq qərarına gəlmişik.

Ötən il Yüksək Liqada qızların sayı 122 nəfər idi. Məqsədimiz bu sayı 200-ün üzərinə çıxarmaq və rəqbəti artırmaqdır. U-16 aşağı yaş qruplarında sonuncu liqadır. Daha sonra Yüksək Qızlar Liqası gəlir. 16 yaşadək futbolçuların bu liqada oynamasının həm say artımına, həm də keyfiyyətə təsir edəcəyini düşünürəm. Belə də çempionatlarda komandaların sayı ilə bağlı problemlər yaşanmayacaq və texniki məğlubiyyətlərin sayı da az olacaq. Bu təcrübə xarici ölkələrdə də həyata keçirilib. Bir neçə ölkədə biz bunu araşdırmışıq. Avropada U-16 millilərinin üzvlərinin daha böyük yaşda olan, həmçinin yaxın ölkələrin liqalarında oynamaları məsləhət görülür. Məşqçilərlə məsləhətləşdik, AFFA rəhbərliyi də bu qərarları müsbət qarşıladı”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 İyul 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri