Zurabişvili yerinə prezident seçən parlament qarşısında: Gürcüstanda nə baş verir? FOTO
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstanın Prezidenti Salome Zurabişvili hazırda prezident seçkilərinin keçirildiyi Tbilisidə parlament binası qarşısında gəzmək qərarına gəlib.
Publika.az yerli mətbuata istinadən xəbər verir ki, Zurabişvilinin təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Rustaveli prospekti ilə gəzdiyi müşahidə olunub.
Parlamentin qarşısına toplaşan etirazçılar onun prospektə çıxmasını alqışlarla qarşılayıblar.
Qeyd edək ki, bu gün Gürcüstanda prezident seçkiləri keçirilir. İlk dəfədir ki, dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 nəfərdən ibarət seçki kollegiyası tərəfindən seçilir. Bu vəzifəyə yeganə namizəd hakim “Gürcü arzusu” Partiyası tərəfindən irəli sürülən deputat Mixail Kavelaşvilidir.
Prezident Zurabişvili isə prezident postundan istefa verməyə hazırlaşmır. Onun mövqeyi belədir ki, qeyri-legitim parlamentlə legitim prezident seçkiləri ola bilməz.
Xatırladaq ki, o, bir gün əvvəl seçkiləri saxtakarlıq adlandırmışdı.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 14 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















