Icma.az
close
up
RU
NƏCMƏDDİN SADIKOVUN ƏMRLƏRİNİ YERİNƏ YETİRMİŞƏM Onu dindirmək lazımdır... AzPolitika onlayn siyasiictimai qəzet

NƏCMƏDDİN SADIKOVUN ƏMRLƏRİNİ YERİNƏ YETİRMİŞƏM Onu dindirmək lazımdır... AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq şöbə rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı Elfanə Bayramova bildirib ki, Bakı Hərbi Məhkəməsinin çıxardığl hökmə əsasən cəza cinayət işi üzrə maddələrin tələbindən 2 dəfədən çox azdır: “Təqsirləndirilən şəxs dövlətə dəyən ziyanın çix cuzi hissəsini ödəyib. Ümumi ziyan 25,456,438 manat təşkil edir. Lakin təqsirləndirilən Məlikməmməd Qurbanov 542,438 manat ödəyib. Həmçinin, maddələrin tələbinə uyğun cəza təyin olunmayıb. Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı şəxsin hərbi rütbəsi alınmaqla 12 il 6 ay azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə 4 il azadlıqdan məhrum edilmə hökmü çıxarıb”.

İclasda təqsirləndirilən şəxs çıxış edib. M. Qurbanov bildirib ki, ömrünün çox hissəsini Azərbaycan Silahlı Qüvvələrində xidmət edib: “Mən 4 il həmin vəzifədə xidmət etmişəm. Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin əmrlərini yerinə yetirmişəm. Fərqi yoxdur əmrlər şihahidir, ya yazılı. Mənə çatan pulu ziyan olaraq ödəmişəm”.

Həmçinin təqsirləndirilən şəxsin vəkili Ceyhun Məmmədov çıxış edərək bildirdi ki, prokurorun protesti əsassızdır: “Müdafiə etdiyim şəxs özünün mənimsədiyi pulu tam olaraq ödəyib. Biz araşdırma zamanı bildirdik ki, Nəcməddin Sadıkovu çağırıb dindirmək lazımdır. O, artıq hərbçi deyil, sadə vətəndaşdır. Lakin istəyimiz təmin olunmadı. Hətta müdafiə etdiyim şəxsin cəzasının şərti olması üçün də vəsatət qaldırsaq da, vəsatət təmin edilmədi”.

Proses dekabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 09.09.2024-cü il tarixli hökmü ilə Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Baş Prokurorluq hökmdən apellyasiya protesti verib. Protestdə qeyd olunub ki, Məlikməmməd Qurbanov Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, ona məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı cəza təyin edilib. Onun əməlinin xarakteri və ictimai təhlükəliliyi, habelə Cinayət qanunun normasının düzgün tətbiq edilməyərək onlara qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi nəzərə alınaraq, qeyd edilən hökmdən sentyabrın 24-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Baş Prokurorluq Müdafiə Nazirliyinin sabiq şöbə rəisi Mahir Şirvanov barəsində olan hökmdən də apellyasiya protesti verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri