Icma.az
close
up
RU
Tələbələrə həmin kartların verilməsinə başlanıldı

Tələbələrə həmin kartların verilməsinə başlanıldı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Dövlət Universitetində (BDU) “TələbəPlus” kartlarının təqdimatı keçirilib, ali təhsil müəssisəsinin qəbul imtahanlarında ən yüksək bal toplayan 14 tələbəsinə ilk dəfə təqdim olunub.

Globalinfo.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev Təhsilin İnkişafı Fondunun (TİF) reallaşdırdığı bu layihənin gənclərin təhsil həyatında önəmli rol oynayacağını bildirib:

“Təhsilin İnkişafı Fondu yarandığı gündən tələbəyönümlü müxtəlif layihələr həyata keçirir. “TələbəPlus” kartlarının verilməsi də bu uğurlu layihələrdən biridiir. Ali təhsil müəssisələri yaradılan imkandan kifayət qədər bəhrələnəcək. Bu kartlar tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcək. Tələbələr təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklər”.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, bir ildən artıq üzərində çalışdıqları layihə artıq reallaşıb:

“BDU tələbələri “TələbəPlus” kartlarının ilk istifadəçiləri olacaqlar. Təhsilin İnkişafı Fondu daim dövlət-özəl tərəfdaşlığı, universitet-sənaye işbirliyinə xüsusi önəm verib. Təhsil sahəsində aparılan islahatlar ölkədə ali təhsilə əlçatanlığı ən yüksək səviyyəyə çatdırıb. Bu il ilk dəfə ali təhsil alanların sayı 250 min nəfər olub. Bunu nəzərə alaraq, 250 min tələbə üçün tələbə kartları gətiriləcək. Növbəti mərhələdə bu, peşə və orta ixtisas təhsilinə də şamil ediləcək. Növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşlar da layihədən yararlana biləcəklər”.

Fondun İdarə Heyətinin sədri deyib ki, indiyədək 200-dən artıq şirkətdə – pərakəndə satış, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazların, endirimlərin edilməsinə nail olunub. Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadədə də güzəştlər olacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlər “TələbəPlus”a qoşulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see340

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see326

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see260

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see244

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see232

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see227

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see216

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see215

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see213

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see190

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see182

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see178

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see175

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see166

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see165

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see155

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see152

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see147

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see143

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri