Icma.az
close
up
RU
Üzgərmə əməliyyatı etdirən qadın həkimdən şikayətçidir

Üzgərmə əməliyyatı etdirən qadın həkimdən şikayətçidir

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

10 ay öncə üzgərmə əməliyyatı olunan xanım həkim Sevinc Heydərovadan şikayətçidir. 

“Qafqazinfo” xəbər verir ki, mövzu bir neçə gün öncə Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” proqramında işıqlandırılıb.

Uğursuz əməliyyat keçirdiyindən gileylənən Fərqanə adlı qadın bildirib ki, 10 ay keçməsinə baxmayaraq, üzündə izlər qalıb. Lakin həkim ona bu izlərin 6 ay ərzində keçib gedəcəyini bildiribmiş. Onun sözlərinə görə, məsələ ilə əlaqədar ekspertizadan keçib, rəyi gözləyir: “Əməliyyat reklam qarşılığında olmuşdu. Ekspertiza deyir ki, həkim səhvi deyil. Bu, xırda kosmetoloji problemdir. Məsələyə hüquqi müstəvidə baxılacaq”.

Səslənən iddialara görə, Sevinc Heydərova ixtisasca estetik cərrah deyil. 

Məsələni hazırda Amerikada yaşayan jurnalist Qənirə Ataşova da gündəmə gətirib. O deyib ki, ünvanına buna bənzər çoxlu şikayətlər gəlir: “Özünü estetik cərrah kimi tanıdan bu və digər “həkimlər” insanların sağlamlığını və etibarını məhv edir. Niyə belə hallar baş verir? Cavab sadədir. İxtisaslaşmamış şəxslər “butik” tipli xəstəxanalarda yalan və fırıldaqla özlərinə mövqe qazanırlar. Təmirli otaqlar, rəngli masalar, çərçivəyə salınmış saxta sertifikatlar məni də inandıra bilər. Dünyada bunu edənlərin bir adı var “İctimai fırıldaqçılıq”.

Günlərdir müzakirələr yaradan bu hadisə ilə bağlı S. Heydərova ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizi açan xanım bildirdi ki, həkim məsələ ilə bağlı açıqlama vermək istəmir. 

O, sosial şəbəkə hesabının hekayə bölməsində açdığı sual-cavabda isə məsələni şou adlandırıb. 

Qeyd edək ki, daha öncə Xalq artisti Flora Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib. 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks-fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endokrinoloq, nevroloq, sonra isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri