Icma.az
close
up
RU
0:10 hesabı ilə uduzan millimizin baş məşqçisi: “Qolları əsasən qapıçı səhvlərindən buraxdıq” İdman və Biz

0:10 hesabı ilə uduzan millimizin baş məşqçisi: “Qolları əsasən qapıçı səhvlərindən buraxdıq” İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Serbiyaya qarşı oyunda qolları əsasən qapıçı səhvlərindən sonra buraxdıq”.

İdman.biz xəbər verir ki, bunu “report”a Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Nərgiz Qurbanova Avropa çempionatının I seçmə mərhələsində keçirdikləri görüşləri dəyərləndirərkən deyib.

Mütəxəssis bəzi futbolçuları zədə səbəbindən Lüksemburqda təşkil olunan yarışa apara bilmədiklərini vurğulayıb: “Avropa çempionatı öncəsi komandanın əsas heyət oyunçularından bir neçəsi zədə səbəbindən Lüksemburqa yollana bilmədi. Bu üzdən bizi qarşıda çox çətin oyunlar gözlədiyini bilirdik. İlk matç dəfələrlə A Liqasında mübarizə aparmış Serbiya millisinə qarşı oldu. Rəqibin oyunlarını təhlil etmişdik, kifayət qədər keyfiyyətli oyunçulara malik olduqlarını bilirdik. İlk görüşdə, təəssüf ki, böyükhesablı məğlubiyyətlə üzləşdik. Üstəlik, oyunun əvvəllərində qapçımız ağır zədə alaraq meydanı tərk etməli oldu və onu digər qapıçı ilə əvəzlədik. Qolları da əsasən qapıçı səhvlərindən sonra buraxdıq. Futbolda belə bir deyim var: “qapıçı komandanın 50 faizidir”. Rəqib də bu fürsətdən tam yararlandı”.

Baş məşqçi qol epizodlarından yararlana bilmədiklərini söyləyib: “Luksemburqa 0:3 hesablı məğlubiyyətə gəlincə, açıq futbol oynayırdıq, qarşılıqlı hücumlar edirdik. Lakin epizodlardan yararlana bilmədik. Komandanın zəif təsir bağışlamasına səbəb kimi onu deyə bilərəm ki, hər il yaş qrupları dəyişir. Əlbəttə, hər dəfə istedadlı futbolçuları komandamıza cəlb edirik, amma bu il seçim şansı çox az oldu. Bu kimi hallarda isə məğlubiyyət qaçılmazdır. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik etdiyi U-17 yığması Avropa çempionatının I seçmə mərhələsində Serbiyaya 0:10, Lüksemburqa isə 0:3 hesabı ilə məğlub olub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri