“1 May” yaşayış massivinin sakinləri palçıqlı və gölməçəli yollardan təngə gəlib VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi “1 May” yaşayış massivi 6-cı döngə ünvanında yollar yarasız vəziyyətdədir.
Xoşagəlməz halla bağlı sakinlərdən biri Avtosfer.az-a videomaterial göndərib. Şikayətçinin sözlərinə görə, xüsusilə əlverişsiz hava şəraitində yoldan keçmək çətinləşir. Belə ki, qarlı, yağışlı havada yol tamamilə palçıq olur və yaranmış vəziyyət həftələrlə davam edir. Bu da piyadalarla yanaşı, sürücülərin hərəkətinə əngəl törədir. Şikayətçi yağış, qar sularının yoldakı çuxurlara dolaraq kiçik gölməçələr yaratdığını bildirib.
Ümid edirik ki, sakinlərin uzun müddətdir əziyyət çəkdikləri bu problem qısa zamanda həllini tapacaq.
Nərmin
Bu mövzuda digər xəbərlər:Palçıqlı yollardan təngə gələn sakinlərdən şikayət: Bezmişik VİDEO
21 Dekabr 2025 20:35
Sakinləri təngə gətirən kənd yollarıred] VİDEO
31 Mart 2025 23:57
“Hansı dövrdə yaşayırıq ki, küçəmiz belə vəziyyətdədir?“ Şabranda palçıqlı yollardan təngə gələn sakinlərdən ŞİKAYƏT
18 Dekabr 2025 08:52
Masazır sakinləri zibil əlindən təngə gəlib
22 Sentyabr 2025 11:32
Cəlilabadda sakinləri təngə gətirən PROBLEM
23 Dekabr 2025 08:38
Baxış sayı:100
Bu xəbər 20 Dekabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















