Icma.az
close
up
RU
1 Mayı qeyd edən var?

1 Mayı qeyd edən var?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün – 1 may dünyanın onlarla ölkəsində Beynəlxalq Əmək Günü kimi qeyd olunur.

Modern.az xəbər verir ki, vaxtilə SSRİ məkanında, o cümlədən Azərbaycanda böyük ideoloji və siyasi məna daşıyan bu tarix indi müxtəlif ölkələrdə fərqli məzmun kəsb edir. Bir yerdə əmək hüquqları uğrunda mübarizənin simvolu, başqa bir yerdə isə sadəcə istirahət və bahar günü kimi qəbul olunur.

1 mayın tarixi XIX əsrin sonlarında ABŞ-də başlayan fəhlə hərəkatına dayanır. 1886-cı ilin mayında Çikaqoda minlərlə fəhlə ağır iş şəraitinə və uzun iş saatlarına etiraz edərək gündəlik iş vaxtının 8 saatla  məhdudlaşdırılmasını tələb etmişdi. Həmin aksiyalar qısa müddətdə beynəlxalq həmrəylik simvoluna çevrildi. 1889-cu ildə Parisdə keçirilən II İnternasionalın konqresində isə 1 may bütün dünya zəhmətkeşlərinin həmrəylik günü elan edildi.

Sovet İttifaqında bu tarix xüsusi ideoloji çalar qazandı. 1 may yalnız əmək bayramı deyil, həm də kommunist sisteminin güc nümayişi idi. SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycanda da həmin gün genişmiqyaslı paradlar keçirilir, müəssisələr, ali məktəblər və dövlət qurumları yürüşlərə cəlb olunurdu. Bakı küçələrində qırmızı bayraqlar, şüarlar, orkestr musiqiləri və sovet liderlərinin portretləri ilə müşayiət olunan tədbirlər təşkil edilirdi.

Sovet hakimiyyəti üçün 1 may ideoloji təbliğat vasitəsi hesab olunurdu. “Fəhlə sinfinin hakimiyyəti”, “zəhmətkeşlərin birliyi” və sosialist sisteminin üstünlüyü məhz bu cür kütləvi tədbirlər vasitəsilə nümayiş etdirilirdi. Həmin dövrdə 1 may həm də dövlətin vətəndaş üzərində nəzarətinin simvolik elementlərindən biri sayılırdı.

Azərbaycanda 1 may 1920-ci ildən müstəqilliyin bərpasına qədər rəsmi dövlət bayramı kimi qeyd olunub. Lakin 1991-ci ildə SSRİ dağıldıqdan sonra bu tarix əvvəlki siyasi mahiyyətini itirdi. 1992-ci ildən etibarən isə Azərbaycanda rəsmi bayram statusundan çıxarıldı. Buna baxmayaraq, sovet dövrünü yaşamış nəsil üçün 1 may hələ də nostalji xarakter daşıyır. Bir çoxları həmin günü uşaqlıq xatirələri, paradlar və bayram ab-havası ilə xatırlayır.

Hazırda isə 1 may dünyanın müxtəlif ölkələrində fərqli formalarda qeyd olunur. Rusiyada bu tarix “Bahar və Əmək Bayramı” adı altında qeyd edilir və həmkarlar ittifaqlarının yürüşləri ilə müşayiət olunur. Türkiyədə isə 1 may xüsusilə siyasi aksiyalar və həmkarlar ittifaqlarının mitinqləri ilə diqqət çəkir. İstanbulun Taksim meydanı illərdir bu günün əsas simvolik məkanlarından biri hesab olunur.

Fransada 1 may ənənəvi olaraq zanbaq gülü ilə assosiasiya edilir. İnsanlar bir-birinə zanbaq hədiyyə edir, küçələrdə həmkarlar ittifaqlarının aksiyaları keçirilir. Almaniyada siyasi nümayişlərlə yanaşı küçə festivalları təşkil olunur.

Kommunist və sosialist ənənələrinin güclü qaldığı ölkələrdə 1 may hələ də ən möhtəşəm dövlət bayramlarından biri hesab olunur. Xüsusilə Çin, Kuba, Vyetnam, Şimali Koreya və Laos kimi ölkələrdə bu tarix kommunist ideologiyası və fəhlə həmrəyliyinin simvolu kimi qeyd edilir.

Kubada 1 may ən böyük siyasi tədbirlərdən biridir. Paytaxt Havana şəhərində yüz minlərlə insan İnqilab meydanına toplaşır, həmkarlar ittifaqları və dövlət qurumları yürüşlər keçirir. Tədbirlər zamanı inqilab şüarları səsləndirilir, canlı musiqilər və siyasi çıxışlar təşkil olunur.

Çində isə 1 may “Beynəlxalq Əmək Günü” kimi rəsmi tətil hesab olunur. Ölkədə bir neçə günlük istirahət elan edilir. İnsanlar əsasən səyahətə çıxır, park və turizm məkanlarında festivallar keçirilir. Eyni zamanda dövlət səviyyəsində nümunəvi işçilərin mükafatlandırılması və rəsmi tədbirlər də təşkil olunur.

Şimali Koreyada 1 may ideoloji bayramlardan biri sayılır. İnsanlar parklarda və ictimai məkanlarda toplaşır, kollektiv pikniklər, rəqslər və müxtəlif kütləvi tədbirlər keçirilir. Sovet dövründən qalma parad ənənələri burada hələ də qorunur.

Vyetnam və Laosda da 1 may dövlət səviyyəsində qeyd edilir. Rəsmi mərasimlər, əmək kollektivlərinin tədbirləri və bayram proqramları təşkil olunur.

Keçmiş SSRİ ölkələrinin bir hissəsində də sovet ənənələri müəyyən qədər qalır və bu gün yürüşlər keçirir.

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri