Icma.az
close
up
RU
1 qaşıq içən 5 il öskürmür

1 qaşıq içən 5 il öskürmür

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Son günlər qrip və soyuqdəymə hallarının artması ilə öskürək də bir çox insanın gündəlik probleminə çevrilib. Belə hallarda bəzi insanlar illərdir istifadə olunan təbii üsullara üz tutur. Xalq arasında “nənə resepti” kimi tanınan bəzi qarışıqların boğazı yumşaltmağa və öskürəyi azaltmağa kömək etdiyi bildirilir.
Demokrat.az xəbər verir ki, öskürək tənəffüs yollarında toplanan yad maddələri, mikrobları və infeksiyaları xaric etmək üçün orqanizmin göstərdiyi təbii müdafiə refleksi hesab olunur. Adətən soyuqdəymə, qrip və virus infeksiyaları nəticəsində yaranır. Bununla yanaşı allergiya, siqaret, hava çirkliliyi və bəzi xroniki xəstəliklər də öskürəyə səbəb ola bilər.
Qış aylarında zəifləyən immun sistemi və soyuq hava bu problemin daha çox yayılmasına şərait yaradır.
Bal, zəncəfil, limon, alma sirkəsi, soğan, kəklikotu və çörəkotu kimi təbii məhsullar boğazı yumşaltmağa, bəlğəmi azaltmağa və immun sistemini dəstəkləməyə kömək edə bilər. Lakin hər kəsin orqanizmi fərqli olduğundan bu üsulların təsiri də dəyişə bilər. Uzun müddət davam edən və ya güclü bəlğəmlə müşayiət olunan öskürək zamanı həkim məsləhəti almaq vacib sayılır.
Təbii vasitələr arasında ən çox istifadə edilən reseptlərdən biri ballı-limonlu qarışıqdır. Bunun üçün 1 xörək qaşığı bal, yarım limonun suyu və 1 stəkan ilıq su qarışdırılır. Qarışığı gün ərzində 2–3 dəfə içmək boğazı sakitləşdirməyə kömək edə bilər. Balın antibakterial xüsusiyyəti, limonun isə antioksidant təsiri olduğu bildirilir.
Digər məşhur üsullardan biri zəncəfil çayıdır. 1–2 santimetr təzə zəncəfil doğranaraq 1 stəkan qaynar suya əlavə edilir və təxminən 10 dəqiqə dəmlənir. İstəyə görə içinə 1 çay qaşığı bal qatmaq mümkündür. Zəncəfilin iltihabəleyhinə xüsusiyyətə malik olduğu və bəlğəmin azalmasına kömək etdiyi qeyd edilir.
Bu cür təbii qarışıqlar bəzi hallarda simptomları yüngülləşdirsə də, onları müalicənin tam əvəzi kimi qəbul etmək düzgün deyil. Sağlamlıqla bağlı ciddi və uzunmüddətli şikayətlər olduqda həkimə müraciət etmək ən doğru addım sayılır.
Aytən
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2026 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri