Icma.az
close
up
RU
10 addımla milyonçu oldular

10 addımla milyonçu oldular

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2013-cü ildə Sierra Nevadada bir cütlüyün hər gün gəzdiyi yolda tapdığı 10 milyon dollarlıq qızıl sirli "10 addım" detalı ilə yenidən gündəmə gəlib. İllərlə üstündən basıb keçdikləri paslı qutuların arxasındakı sirr pərdəsi xəzinə ovçularını təkrar həyəcanlandırıb.

Milli.Az xəbər verir ki, Kaliforniyada yaşayan Con və Meri cütlüyü üçün 2013-cü ilin fevral ayı iqtisadi çətinliklər və evlərini itirmək qorxusu altında keçir. Cütlüyün Sierra Nevada ətəklərindəki ərazilərində hər gün etdikləri o adi gəzinti Amerika tarixinin ən böyük numizmatik kəşflərindən birinə yol açır. İllərdir yanından keçdikləri paslı tənəkə qutu və qəribə formalı qaya əslində yüzillik sərvətin işarəsi imiş.

Gəzinti zamanı Merinin gözünə sataşan və Conun bir odun parçası ilə torpaqdan çıxardığı ilk qutu ağırlığı ilə cütlüyü təəccübləndirir. Evə gedib paslı qapağı güclə açdıqda, içindən çıxan 20 dollarlıq qızıl sikkə hər şeyi dəyişdir. Bölgədə aparılan qazıntılar nəticəsində, cəmi 1427 ədəd qızıl sikkədən ibarət səkkiz qutu aşkar edilir.

Cütlüyün daha əvvəl fərq etdiyi "bucaqlı qaya" ilə "ağacdan asılmış paslı qutu" əslində bir növ xəritə idi. Qayadan Şimal Ulduzuna doğru atılan tam 10 addım birbaşa dəfinənin mərkəzinə aparırdı.

"Saddle Ridge Definesi" adlandırılan bu xəzinədəki ən dəyərli parça 1 milyon dollar dəyərində olan və üzərində "In God We Trust" ifadəsi olmayan 1866-cı il istehsalı qızıl sikkə oldu.

Bəzi tədqiqatçılar qızılların 1901-ci ildəki San-Fransisko Zərbxanası soyğununa aid olduğunu iddia etdilər. Lakin ekspert rəyləri sikkələrin müxtəlifliyinin və vəziyyətinin zərbxana qeydləri ilə uyğun gəlmədiyini sübut etdi.

Yalnız qızılın çəkisinə görə dəyəri təxminən 1.8 milyon dollar olan, lakin numizmatik (kolleksiya) dəyəri 10 milyon dolları aşan bu möhtəşəm kolleksiya maliyyə uçurumunun kənarındakı bir cütlüyün həyatını dəyişdirdi, Amerika tarixinin ən sirli səhifələrindən biri kimi qeydlərə keçdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Aprel 2026 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri