Icma.az
close
up
RU
10 dəqiqənin hökmü

10 dəqiqənin hökmü

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Sabah” Azərbaycan Premyer Liqasında üç oyundan sonra qələbə qazanıb. “Bayquşlar” XXII turda azarkeşləri önündə “Turan Tovuz”a qalib gəlib – 2:1.

Berezutskinin yetirmələrinin son oyunlardakı uğursuz nəticələri mütəxəssisin işi və komandanın durumu ilə bağlı sualları artırmışdı. Bəlkə də, növbəti xal itkisi rusiyalı məşqçinin postunu təhlükə altına atacaqdı. Lakin…

“Turan Tovuz” oyuna yaxşı başlayan və ilk qolu vuran komanda oldu. Birinci hissədə fərqlənmək üçün hər iki komandanın şansları oldu. Ancaq daha dəqiq olan tovuzlular fasiləyə öndə yollandı. İkinci hissənin əvvəli isə meydan sahibləri üçün uğurlu alındı. Əvvəlcə penaltidən, sonra isə rəqib müdafiəsindəki boşluqdan yararlanan “bayquşlar” 10 dəqiqədə vurulan qollarla önə keçdi.

Qoldan sonra da oyun nizamından qopmayan “Sabah” yekunda aktivinə üç xal yazdırdı. Görüşün taleyini 10 dəqiqəyə həll edən “futuristlər” daha bir neçə qol şansı yaxalamasına baxmayaraq, hücum oyunçuları dəqiq ola bilmədi və bəzən qərarlarda yanlışlığa yol verdi. “Sabah”da əsas problem yarımmüdafiə xətti ilə bağlıdır. Mərkəzdə oyunu alıb, irəli aparan oyunçu çatışmazlığı var. İvan Lepinitsa nə qədər dağıdıcı olmağa çalışsa da, zədədən yeni qayıdıb və tam formada deyil. Abdulla Xaybulayev də xüsusilə hücuma sürətli çıxışlarda axsayır. Komandanın yaxşı “8 nömrə”yə ehtiyacı olduğu hiss edilir.

“Turan Tovuz” isə ardıcıl ikinci oyunda xal itkisi ilə üzləşdi. Matç yaxşı başlayan və rəqibini təzyiq altında saxlayan tovuzlular fasilədən sonra diqqətsiz davrandı və qısa zamanda buraxdığı ardıcıl qollarla meydanı məyus tərk etdi. Əsas uzun hava topları ilə oyuna üstünlük verən Kurban Berdıyevin yetirmələri istədiklərinə nail ola bilmədi. Joarlem Santos üçün müdafiə arxasına atılan topların demək olar, 90 faizi uğursuz nəticələndi.

Berdıyevin yetirmələri qış fasiləsindən sonra qeyri-stabil çıxışı ilə diqqət çəkir. Son 5 maçda cəmi 1 qələbə qazanan tovuzlular “üçlük”dən kənara düşüb.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Fevral 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see371

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see371

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see307

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see266

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see247

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see220

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see211

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see209

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see202

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see198

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see194

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see191

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see189

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see181

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see180

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see178

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see172

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see168

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see156

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri