Icma.az
close
up
RU
10 gündə bir şirkətə 3 milyonluq iki tender: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı

10 gündə bir şirkətə 3 milyonluq iki tender: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 10 gün aralıqla təxminən iki eyni məzmunlu tender keçirərək, onların ikisini də eyni şirkətə verib. 

Hurriyyet.az tribunainfo.az-a istinadən xəbər verir ki, söhbət “360 dərəcə marketinq – Media yerləşdirilməsi xidmətlərinin satın alınması” və “Tədbirlərin təşkili xidmətlərinin satın alınması” tenderlərindənm gedir.
Qeyd edək ki, hər iki tenderin qalibi “ELVİ.M.M. SERVİCES GROUP” MMC olub. Birinci tender üzrə MMC ilə 1.844.192,5 manatlıq müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən sözügedən şirkət ATV, Xəzər, İTV, ARB, Space, AZTV kimi televiziya kanallarında rəqəmsal hökumət fəaliyyəti çərçivəsində məlumatların yerləşdirilməsini həyata keçirməlidir.
Bu ilin 12 noyabrında reallaşmış və “Elvi.M.M. Services Group” MMC-nin qalibi olduğu tender üzrə isə 912 449 manatlıq müqavilə bağlanılıb. Bu da 10 gün içində eyni şirkətlə toplam 3 milyon manata yaxın məbləğli müqavilə deməkdir.
Bəs, bu şirkət kimindir, daha hansı tenderlərin qalibi olub? Tribunainfo.az-ın “Elvi.M.M. Services Group” MMC ilə bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, bu şirkəti “tender kralı” hesab etmək olar. Həmçinin bu şirkəti Sabirabadda yol çəkən, Bakıda bina tikən, Gədəbəydə yaşıllaşdırma işi görmək də mümkündür. Bir sözlə, hər işlə məşğul olan çoxprofilli şirkətdir.
Məsələn, MMC ötən il Sabirabad şəhərində abadlıq işlərinin aparılması tenderinin qalibi olub. Bunun üçün 261 791 manat pul alıb.

İndi isə başqa bir maraqlı məsələyə diqqət edək. Tribunainfo.az açıq mənbələrdən müəyyən edib ki, “Elvi.M.M. Services Group” MMC “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC və “İS.M.M.” eyni adamlara məxsusdur. Belə ki, “RASH.M.M.TRADE AND SERVICES-2020” (VÖEN 1303449481) MMC 26.11.2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 406 939.00 manat olan şirkətin hüquqi ünvanı BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə edilən dəyişiklikliklərdə MMC -nin ilk adı “RESHAD MME”, ilk hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MEHMAN BÜNYADZADƏ, ev 251, mənzil 63 olduğu göstərilir. MMC-yə ayrı ayrı vaxtlarda bir neçə nəfər rəhbərlik edib. İlk qanuni təmsilçisi Sadıqov Ceyhun İsmayıl oğlu olub. Daha sonra Əliyev İsgəndər İsrafil oğlu, İsgəndərov Coşqun Fəxrəddin oğlu, İsgəndərova Şəhanə Əbülfət qızı MMC-yə müxtəlif vaxtlarda rəhbərlik ediblər.
Xudiyev Nadir Bilman oğlu həm də “İS.M.M.” (VÖEN 1400006201) Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İS.M.M.” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir.

MMC-nin ilk qanuni təmsilçisi Xudiyeva Mürvət Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər “İS.M.M.” “MMC-ni təmsil edib.
“RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-nin digər qanuni təmsilçisi olmuş İsgəndərov Coşqun Fəxrəddin oğlu isə “ELVİ.M.M. SERVİCES GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELVİ.M.M. SERVİCES GROUP” (VÖEN 1403580041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.11.2016-cı ildə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 834 127.00 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZADLIQ PR., ev 70, m. 168-də yerləşir.
Bu MMC-nin ilk qanuni təmsilçisi və yaxud təisçisi Həsənov Ülvi Dilqəm oğlu olmuşdur. O, Yevlax rayonunda anadan olmuşdur. 2003-cü ildə Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə; Biznesin təşkili və idarəedilməsi fakültələrini bitirmişdir. Sərbəst auditor kimi fəaliyyətə başlamışdır. “Financial Academy Audit and Consulting” MMC-nin direktor-auditoru kimi fəaliyyətini davam etdirir.

MMC-nin ilk hüquqi ünvanı 22-ci ilin yanvarına qədər BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV 3 MKR, ev 11, mənzil 92, həmin tarixdən 23-cü ilin dekabrına qədər BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 115 olmuşdur. Hansı ki, bu ünvanda “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-də yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri