Icma.az
close
up
RU
10 min abituriyent buraxılış imtahanlarından ŞİKAYƏT EDİB

10 min abituriyent buraxılış imtahanlarından ŞİKAYƏT EDİB

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan sonra nəticələrlə bağlı narazılıq yaranarsa, iştirakçılar üçün apellyasiya hüququ mövcuddur. Bu proses imtahan nəticələrinin yenidən qiymətləndirilməsi və mümkün texniki və ya qiymətləndirmə səhvlərinin aradan qaldırılması məqsədi daşıyır.


Apellyasiya müraciəti yalnız imtahanda şəxsən iştirak etmiş və nəticələri elan olunmuş şəxslər tərəfindən edilə bilər. Müraciəti həmçinin həmin şəxsin valideyni və ya qanuni nümayəndəsi də təqdim edə bilər. Bu hüquq istər ali məktəblərə qəbul, istər buraxılış, istərsə də dövlət qulluğuna qəbul imtahanlarında tətbiq edilir.


Apellyasiya müraciəti cavab vərəqində iştirakçının cavabı qiymətləndirilməyibsə, avtomatik yoxlamada texniki səhvə yol verildiyi ehtimal olunursa və açıq tipli sualların (inşa, esse və s.) qiymətləndirilməsi ilə razılaşılmırsa, əsaslı hesab olunur.


Müraciət zamanı konkret suallar və iştirakçının nəyə görə həmin qiymətləndirmə ilə razılaşmadığı aydın şəkildə əsaslandırılmalıdır.


DİM bildirir ki, bəzi müraciətlər apellyasiya komissiyası tərəfindən baxılmadan geri qaytarılır. Bura sualın çətinliyi və ya quruluşu ilə bağlı etirazlar, imtahan nəticəsi rəsmi olaraq elan edilməmiş mərhələdə edilən müraciətlər, imtahan qaydalarının pozulması səbəbilə nəticəsi etibarsız sayılan şəxslərin müraciətləri və şəxsi vəziyyətlə (stress, vaxt çatışmazlığı və s.) bağlı əsaslandırmalar daxildir.


İmtahan nəticələri açıqlandıqdan sonra 1-3 iş günü ərzində apellyasiya üçün müraciət edilə bilər. Proses elektron qaydada, DİM-in rəsmi internet səhifəsində yerləşən şəxsi kabinet vasitəsilə həyata keçirilir.
Açıq tipli suallar üzrə müraciətlər zamanı apellyasiya komissiyası ilə üzbəüz görüş də mümkündür. Belə hallarda iştirakçıya dəqiq vaxt və tarix bildirilir.


Modern.az-ın Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə bu il 2 və 9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanın nəticələri elan edildikdən sonra ümumilikdə 10 min 981 nəfər apellyasiya müraciəti edib.
Onlardan 6305-i 2 mart, 4676-sı isə 9 mart tarixində keçirilən buraxılış imtahanında iştirak edənlərdir. 


Qeyd edək ki, apellyasiya baxışından sonra abituriyentlərin ballarındakı dəyişiklik may ayının sonunadək sistemdə görünəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 May 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri