Icma.az
close
up
RU
77 yaşlı NATO...

77 yaşlı NATO...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

ABŞ-ın mövqeyi hərbi alyansın gələcəyini sual altında qoyur

Bu gün Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) yaradılmasından 77 il ötür. Təşkilatın əsası 4 aprel 1949-cu ildə Vaşinqtonda imzalanmış müqavilə ilə qoyulub. Təşkilatın baş ofisi Brüssel şəhərində yerləşir. Qeyd edək ki, Belçika, Birləşmiş Krallıq, Fransa, Hollandiya və Lüksemburq tərəfindən 17 mart 1948-ci ildə imzalanan və “soyuq müharibə”nin başlanğıcındakı Sovet təhdidinə qarşı ortaq müdafiə razılaşması olan Brüssel müqaviləsi NATO-nun quruluşunun ilk addımı hesab olunur. Sovet İttifaqının törətdiyi Berlin böhranı isə 1948-ci ilin sentyabrında Qərbi Avropa Birliyinin müdafiə təşkilatının yaradılmasına səbəb olmuşdu. Buna baxmayaraq, müttəfiq dövlətlər Sovet İttifaqının hərbi gücü qarşısında zəif mövqeyə sahib idi. Həmçinin 1948-ci ildə kommunistlər tərəfindən Çexoslovakiyada həyata keçirilən hərbi çevriliş nəticəsində ölkədəki demokratik hökumətin hakimiyyəti tərk etməsinin ardınca Böyük Britaniyanın xarici işlər naziri Ernest Bevin oxşar hadisələrin qarşısını almaq üçün ən yaxşı yolun Qərb ölkələri arasında ortaq hərbi strategiyanın təşkil olunması olduğunu qeyd etmişdi.

Alyans 12 ölkənin iştirakı ilə yaradılıb

1948-ci ildə isə ABŞ-ın  xarici işlər naziri Corc Marşallın təlimatı ilə Pentaqonda avropalı liderlərlə amerikalı hərbi və siyasi rəsmilər arasında görüş təşkil olundu. Yeni hərbi ittifaq üçün təşkil olunan bu görüşmələr 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində Şimali Atlantika müqaviləsinin imzalanması ilə nəticələndi. Bu müqaviləni imzalayanlar arasında Brüssel müqaviləsinə tərəf olan 5 dövlət, həmçinin ABŞ, Danimarka, İtaliya, İslandiya, Kanada, Norveç və Portuqaliya da var idi. Yəni təşkilat ilk olaraq 12 ölkənin iştirakı ilə yaradıldı. İlk NATO baş katibi Lord İsmay 1949-cu ildə verdiyi açıqlamada bu təşkilatın məqsədinin nələrdən ibarət olduğunu bəyan etmişdi.

NATO üzv dövlətlərin tam müstəqilliyini və suverenliyini qoruduğu bir təşkilatdır. Şimali Atlantika Alyansında bütün qərarlar hər bir üzv ölkənin maraqları nəzərə alınmaqla, konsensus əsasında qəbul edilir. Ərazi sahəsindən, əhalisindən, siyasi və ya hərbi gücündən asılı olmayaraq, bütün NATO-ya üzv dövlətlər müzakirələrdə və qərarların qəbulunda bərabər söz sahibidirlər. NATO-nun əsas qərar qəbul edən orqanı Şimali Atlantika Şurasıdır. Şimali Atlantika Şurasının qərar qəbul etmək üçün iclasları 3 səviyyədə keçirilir: səfirlər səviyyəsində, nazirlər səviyyəsində və dövlət başçıları səviyyəsində.

5-ci maddənin önəmi...

Şimali Atlantika Alyansının əsas prinsiplərindən biri kollektiv müdafiədir. NATO-nun Nizamnamə Xartiyasının beşinci maddəsində (Vaşinqton müqaviləsində) kollektiv müdafiə öhdəliyi verilir, buna əsasən də bir və ya bir neçə dövlətə silahlı hücum bütün NATO üzvü olan dövlətlərə hücum kimi qəbul edilir. Mövcud halda Alyans təhdid altında olan üzv ölkə və ya ölkələrə yardım göstərəcək və Şimali Atlantika regionunda təhlükəsizliyin bərpası və qorunması üçün hərbi güc tətbiqi də daxil olmaqla, bütün zəruri tədbirləri həyata keçirəcək. Beşinci maddəyə NATO tarixində yalnız bir dəfə, 2001-ci il sentyabrın 12-də - ABŞ-a terror hücumundan bir gün sonra müraciət edilib.

Şimali Atlantika Alyansının daimi əsaslarla silahlı qüvvələri yoxdur. NATO-nun birgə hərbi strukturunda iştirak edən hər bir üzv dövlət razılaşdırılmış tapşırıqları və əməliyyatları yerinə yetirmək üçün müəyyən sayda və növdə silahlı qüvvələr ayırmaq məsuliyyətindədir. Amma 2006-cı ildən NATO-nun quru, hava, dəniz və xüsusi təyinatlı qüvvələrin komponentlərini özündə birləşdirən, texnoloji cəhətdən inkişaf etmiş, yaxşı təlim keçmiş “Çevik Reaksiya  Qüvvələri” (NRF-NATO Response Force) tam hazır vəziyyətdədir. Alyansa üzv ölkələrin başçıları 2002-ci ildə NATO-nun Praqa zirvə görüşündə çevik reaksiya qüvvələrinin yaradılmasına dair qərar qəbul ediblər. NATO doktrinasına əsasən, bu qüvvələrin əsas vəzifəsi lazım gəldiyi halda, 5 gün ərzində konkret plasdarmı tutmaq və əsas qüvvələr tərəfindən genişmiqyaslı əməliyyatın başlanılmasına şərait yaratmaqdır.

Şimali Atlantika Şurasının iclaslarına isə NATO-nun baş katibi sədrlik edir. NATO-nun baş katibinin səsvermə hüququ yoxdur, çünki əks halda baş katib tərəfindən təmsil olunan üzv ölkələrdən biri 2 səsə malik olar və NATO-da isə hər bir üzv ölkə bir və bərabər səs hüququna malikdir. NATO-nun baş katibi üzv dövlətlər tərəfindən 4 il müddətinə təyin edilir. Bu günə qədər NATO-nun ümumilikdə 13 baş katibi olub. Hazırda alyansın bu vəzifəsini Niderlandın keçmiş baş naziri Mark Rütte daşıyır.

NATO Hərbi Komitəsi isə Şimali Atlantika Şurasının siyasi rəhbərliyinin nəzarəti  altında olan NATO-nun ən yüksək hərbi orqanıdır. Hərbi Komitə NATO-nun siyasi strukturlarına hərbi strategiya ilə bağlı təlimatlar verir və alyansın hərbi fəaliyyətinə cavabdehdir. Hərbi komitə NATO üçün mümkün təhlükə yarada biləcək ölkələrin hərbi gücünü və imkanlarını qiymətləndirir. Hərbi vəziyyət, böhran vəziyyətləri və ya Alyansın sülhməramlı-hərbi əməliyyatları zamanı Şimali Atlantika Şurasına və Nüvə Planlaşdırma Qrupuna məruzə və tövsiyələr təqdim etmək üçün məsuliyyət daşıyır.

Azərbaycan-NATO tərəfdaşlığı inkişaf edir

Qeyd edək ki, hazırda alyansın 32 üzvü var. Üzvlərin sayının artmasına, yəni şərqə doğru genişlənməsinə  səbəb SSRİ-nin dağılması və Varşava müqaviləsinin üzvü olan keçmiş sosialistlər olan Şərqi Avropa ölkələrinin də NATO-ya qoşulmasıdır. Hazırda Rusiya istisna olmaqla NATO keçmiş SSRİ-nin bir sıra ölkələri ilə fəal əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycan-NATO əlaqələri xüsusilə vurğulanmalıdır.

Azərbaycan ilə NATO arasında əməkdaşlığın tarixi 1992-ci ilin mart ayından başlanır. Həmin tarixdə Azərbaycan 37 ölkə ilə yanaşı, yeni yaradılmış Şimali Atlantika Əməkdaşlığı Şurasına daxil olub. Lakin ölkəmizin alyansla real əməkdaşlığı 1994-cü ilə təsadüf edir. Belə ki, 1994-cü ilin yanvar ayında Sülh Naminə Tərəfdaşlıq (SNT) təşəbbüsü irəli sürülüb. Avro-Atlantik məkanda sabitliyi və təhlükəsizliyi təmin edən təşəbbüsə ilk qoşulan ölkələrdən biri də Azərbaycan idi. 1994-cü il 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti SNT-in Çərçivə sənədini imzalayıb. SNT mexanizmi NATO ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq və hərbi sistemlərin uyğunlaşdırılması üçün münbit şərait yaradıb. 1997-ci il noyabrda Azərbaycan Prezidenti Azərbaycanın NATO yanında diplomatik Nümayəndəliyinin təsis edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanın NATO ilə siyasi dialoq və praktiki əməkdaşlığını istiqamətləndirən əsas mexanizm isə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planıdır (FTƏP). Ölkəmiz alyansın beynəlxalq missiyalarında da fəal iştirak edib. Belə ki, Silahlı Qüvvələrimizin hərbçilər NATO missiyası çərçivəsində Kosovada və Əfqanıstanda sülhyaratma əməliyyatlarında yaxından iştirak ediblər. Hazırda da tərəflər arasında əməkdaşlıq uğurla davam edir.

Vaşinqtonsuz “kağız pələng”...

Qeyd edək ki, hazırda NATO daxili ziddiyyətlər yaşamaqdadır. Donald Tramp ABŞ-da hakimiyyətə qayıtdıqdan sonra üzv ölkələr qarşısında hərbi xərclərin artırılmasını bir tələb kimi qoyub. Bu tələbin səbəbi alyansın xərclərinin böyük hissəsinin ABŞ-ın “çiyinlərində” olması ilə bağlıdır. Bundan sonra bir sıra Avropa ölkələri müdafiə xərclərini artırıblar. Ancaq problem bununla bitmir. Bu gün Tramp İranla müharibədə NATO müttəfiqlərinin ABŞ-a dəstək verməməkdə ittiham edir.

Ona görə də, 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan alyansın sammitinin əhəmiyyəti İran ətrafındakı gərginlik və sonradan Vaşinqtonun NATO-ya qarşı sərt tənqidləri fonunda daha da artıb. İlin əvvəlində Türkiyə paytaxtında keçiriləcək sammitdə müdafiə imkanlarının gücləndirilməsi və modernləşdirilməsi, kiber və enerji təhlükəsizliyi, vacib infrastrukturun qorunması, transatlantik münasibətlərin gələcəyi və müdafiə xərclərinin bölüşdürülməsi kimi mövzuların müzakirə ediləcəyi gözlənilirdi. Lakin “Epik qəzəb” əməliyyatının başlanması və Ağ Evin NATO müttəfiqlərindən gözlənilən dəstəyi təmin edə bilməməsi sammitin gündəliyini kökündən dəyişdirib. Belə ki, İtaliya bu yaxınlarda ABŞ-ın Siciliyadakı hərbi bazaya təyyarələrin enməsi tələbinə mənfi cavab verib, İspaniya isə müharibə ilə əlaqəli əməliyyatlar üçün öz bazalarından və ya hava məkanından istifadəyə icazə verməkdən imtina edib. Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla digər müttəfiqlər rollarını regional tərəfdaşlara müdafiə dəstəyi ilə məhdudlaşdırır və gərginliyin azaldılmasına çağırırlar.

Şimali Atlantika Alyansının dəstəyinin olmadığını tənqid edən ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonsuz NATO-nu “kağız pələng” adlandırıb və belə bir sual verib: “Əgər onlar bizim tərəfimizdə deyillərsə, biz niyə onların yanında olmalıyıq?”. Təsadüfi deyil ki, bir neçə gün öncə ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun İran müharibəsindən sonra NATO alyansının dəyərini yenidən qiymətləndirə biləcəklərini vurğulayıb. O, “FOX News” telekanalına verdiyi müsahibədə qeyd edib: “Bu münaqişə başa çatdıqdan sonra NATO ilə münasibətləri yenidən nəzərdən keçirməli olacağıq. Alyansın ölkəmiz üçün dəyərini yenidən nəzərdən keçirmək lazım gələcək. Nəticə etibarilə, bu, Prezidentin verəcəyi qərardır”. Rubio NATO müttəfiqlərini ABŞ-nin hərbi bazalardan istifadə tələblərini rədd etdiklərinə görə tənqid edərək deyib: “Biz onlardan hava hücumları keçirməyi istəmirik. Onların hərbi bazalarından istifadə etməyə icazə verilməsinə ehtiyac duyduğumuz vaxtda rədd cavabı alırıq. Bəs biz niyə NATO-dayıq?”.

Beləliklə, Ağ Evin mövqeyi hərbi alyansın gələcəyini əhəmiyyətli dərəcədə aktuallaşdırıb və onun yeni fəaliyyət istiqamətləri iyul ayında Türkiyə paytaxtında müəyyən ediləcək.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see280

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see223

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see217

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see183

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see183

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see180

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see178

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see176

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see172

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see168

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see166

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see163

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see156

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see153

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see152

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see151

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see151

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see150

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see150

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri