Icma.az
close
up
RU
“100 ildən sonra ilk Naxçıvanla itirilmiş quru xəttin bərpası”

“100 ildən sonra ilk Naxçıvanla itirilmiş quru xəttin bərpası”

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutdu və həm ikitərəfli əlaqələr, həm də regiondakı sülh prosesləri baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Bu səfərin gündəliyini iki əsas istiqamət üzrə qruplaşdırmaq olar: İlk olaraq Azərbaycan – ABŞ əlaqələrinin yüksək səviyyəyə çatması və ikitərəfli münasibətlərdə yeni dövrün başlanması istiqamətini qeyd etməliyik. İkinci istiqamət isə təbii ki, Azərbaycan – Ermənistan arasındakı sülh gündəliyi və regional sabitlik məsələsidir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Vaşinqtonda keçirilən üçtərəfli görüş haqqında danışarkən bildirdi.

''Azərbaycan – ABŞ əlaqələrindən bəhs edərkən, onu vurğulamaq lazımdır ki, 2024-cü ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən bir müddət əvvəl Şuşada baş tutan Qlobal Media Forumunda İlham Əliyev ABŞ-dəki seçki prosesi ilə bağlı sualı cavablandırarkən o dövrdə prezidentliyə namizəd olan Donald Tramp haqqında müsbət fikirlər səsləndirmiş, onun siyasətini dəyərləndirmişdi. Prezidentin bu çıxışı diplomatik baxımdan Trampın namizədliyinə verilmiş bir dəstək kimi qəbul olunmuşdur. D.Tramp ABŞ Prezidenti seçildikdən sonra da hər iki ölkə arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi həyata keçirilmişdir.

Səfər çərçivəsində imzalanan mühüm sənədlərdən biri “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” oldu. Bu sənəd iki ölkə münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyır. Bu strateji tərəfdaşlıq Azərbaycan – ABŞ arasında əsasən enerji, ticarət və tranzit də daxil olmaqla regional bağlantılar, süni intellekt, rəqəmsal infrastruktur və iqtisadi sərmayə, müdafiə sənayesi, terrorizmə qarşı mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq istiqamətlərini əhatə edəcək''.

Onun sözlərinə görə, səfərin diqqətçəkən məqamlarından biri də 1992-ci ildə qəbul edilmiş və Azərbaycana ABŞ-dan dövlət yardımını məhdudlaşdıran “Azadlığı Müdafiə Aktı”nın 907 saylı düzəlişinin icrasının dayandırılması oldu. Xatırladaq ki, bu düzəliş Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə Azərbaycana qarşı əsassız ittihamlarla qəbul edilmişdi. Son illərdə Bayden-Blinken administrasiyası bu düzəlişi yenidən gündəmə gətirərək təzyiq vasitəsinə çevirməyə çalışmışdı. Trampın qərarı isə münasibətlərin müsbət istiqamətdə dəyişməsinin göstəricisidir.

Deputat qeyd etdi ki, Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə nəticədə birgə Bəyannamə imzalanmışdır. Məlumdur ki, Azərbaycan sülh müqaviləsi imzalamaq üçün Ermənistana iki əsas şərt irəli sürmüşdür. Həmin şərtlər, Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət və Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması idi. Bu şərtlər artıq nəzərə alınmışdır. Bu, yekun sülh sazişinin imzalanması üçün mühüm addımdır.

''Bundan başqa, sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılması barədə razılıq əldə olundu ki, bu da Zəngəzur dəhlizinin reallaşması deməkdir. Vaşinqtonda həmçinin ABŞ ilə Ermənistan arasında Zəngəzur dəhlizinin işə düşməsinə dair saziş imzalandı və ABŞ bu layihənin qarantı rolunu üzərinə götürdü. Beləliklə, Zəngəzur dəhlizinin reallaşması Azərbaycan Prezidentinin çox önəmli bir qələbəsidir. 100 ildən sonra ilk dəfə olaraq Azərbaycanın Naxçıvanla itirilmiş quru xətti bərpa olunur.

Vaşinqton görüşündə daha bir əlamətdar hadisə – Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini paraflaması oldu. Bu, hələ yekun imza demək olmasa da, razılaşdırılmış mətnin təsdiqi baxımından mühüm mərhələdir. 2026-cı ildə Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə birlikdə sazişin imzalanması gözlənilir. Hesab edirəm ki, bütün bu nailiyyətlər, Azərbaycan Prezidentinin dövlətçilik tariximizdə son 300-400 ilin ən mühüm diplomatik qələbələrindən birinə imza atmasıdır. Cənab Prezident, müharibədə əldə etdiyi zəfəri sülh masasında da davam etdirərək, regionda və beynəlxalq hüquq müstəvisində yeni bir mərhələnin əsasını qoymuşdur'',- deyə Tural Gəncəliyev vurğuladı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 11 Avqust 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri