Icma.az
close
up
RU
“100 mindən çox elektron kassa aparatı quraşdırılıb”

“100 mindən çox elektron kassa aparatı quraşdırılıb”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Son bir neçə ildə ölkədə 100 mindən artıq elektron kassa aparatı quraşdırılıb ki, bu kassalar üzrə 2024-cü ildə dövriyyə 24,5 milyard manatdan çox olub”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Vergi Xidməti - 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda bildirib.

Onun sözlərinə görə, yeni nəsil kassa aparatları, ictimai nəzarəti təmin edən “ƏDV geri al” layihəsi hesabına dövriyyələrin artımı sürətlənib. Bu xüsusilə ticarət sektorunda müşahidə olunur: “Əmək bazarında aparılan təşviq siyasəti sosial sığorta yığımlarına müsbət təsir edib. Bildiyiniz kimi, Dövlət Vergi Xidməti bu yığımların operatoru rolunda çıxış edir. Bu yığımların toplanması üzrə səlahiyyətlər DVX-yə həvalə edildikdən sonra və təşviq siyasətinin nəticəsi olaraq sosial daxilolmalar son 6 ildə 2,5 dəfə artıb və hazırda 5.7 milyard manatdan çoxdur. Bunun nəticəsində dövlətin sosial sığorta fondunun büdcənin transfertlərindən asılılığı 2018-ci ildəki 35.6 faizdən azalaraq 17,5 faiz təşkil edir. Önəmli göstəricilərdən biri də işəgötürənlərin sayının artım göstəricisidir. Bu gün ölkədə 120 mindən yuxarı hüquqi şəxs fəaliyyət göstərir ki, bu da vergi ödəyicilərinin sabit inkişafda olan hissəsini ifadə edir”.

O. Nəzərli bildirib ki, vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqlərinin hesabına 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-neft özəl sektorda 443 mindən çox artıb. Vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələrinin artımı 82,1% təşkil edir: “Bu günə özəl bölmədə əmək müqavilələrinin sayı dövlət sektorunu üstələyir ki, bu da əmək bazarının əhəmiyyətli leqallaşmasını ifadə edir. Həmçinin 2024-cü ildə cəmi əmək haqqı fondu 23,9 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə etsək, ümumilikdə 2.5 dəfəyədək, qeyri-neft özəl sektorda isə 2.7 dəfə artım müşahidə olunur. Yeri gəlmişkən, Azərbaycanın əmək bazarında apardığı islahatlar Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib”. 

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri