Icma.az
close
up
RU
100 MİNLİK DƏLƏDUZLUĞA GÖZ YUMULUR ​​​​​​​Yasamal Prokurorluğu dələduzluq edən ata balaya niyə cinayət işi açmır?..

100 MİNLİK DƏLƏDUZLUĞA GÖZ YUMULUR ​​​​​​​Yasamal Prokurorluğu dələduzluq edən ata balaya niyə cinayət işi açmır?..

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhər sakini, hazırda Bakı şəhəri Yasamal rayonunda yaşayan İsayev Rafayıl Müzəffər oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti dəfə müraciət daxil olub.  Şikayətçi qəzetimiz vasitəsilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:

“Hörmətli Kamran Əliyev!

Hörmətli Vilayət Eyvazov!

Diqqətinizə çatdırım ki, oğlanlarım - İsayev Cəlal Rafail oğlu və İsayev Cavidan Rafayıl oğlu qohumum Bayramov Azər Nizami oğlu və övladı Bayramov Cavid Azər oğlu tərəfindən külli miqdarda, yəni 60 min manat məbləğində dələduzluğa məruz qoyulmuşdur.

Bütün qohum-əqraba kimi elə bilirdik ki, Bayramov Cavid Polis Akademiyasında oxuyur. O, Bakıda ailə üzvlərimlə birgə kirayədə yaşadığımız mənzildə qalırdı. Tez-tez vəzifəli şəxslərlə görüşdüyünü bildirir, hətta Daxili İşlər Nazirinin müavini Oktay Kərimov tərəfindən himayə olunduğunu deyirdi.

Həmin vaxtlar heç kəs bunun yalan olduğunu düşünmürdü. Yalnız oğlanlarımı aldadıb, bizi borca-xərcə salandan sonra başa düşdü ki, ata-bala dələduzdurlar. Evimizə məqsədli şəkildə girib, Gəncədə satdığımız evin pulunu ələ keçiriblər.

Belə ki, onlar yüksək vəzifəli şəxslərin adını çəkərək, onlarla birgə kiçik bir platforma qurduqlarını bildirib. Oğlanlarım ayrı-ayrılıqda əllərində olan pulları və borca götürdükləri vəsaitlərin hamısını Azər Bayramova və oğlu Cavid Bayramova veriblər. Ona verilən pulların hamısına və ata-balanın vəzifəli şəxslərin adından istifadə etdiklərinə dair əlimizdə ciddi sübutlar var. Bu sübutların hər biri polisə və prokurorluğa təqdim olunub.

Hətta polisə müraciətdən sonra aydın olmuşdur ki, dələduz ata-bala tək bizi yox, başqa adamları da bu yolla aldadıb. Bizə verəcəkləri məbləğlə birgə, təxminən, 100 min manatlıq dələduzluq ediblər.

Maraqlıdır ki, şikayətçilərin sayı günü-gündən artsa da, prokurorluq ata-balaya cinayət işi açmır. Bayramovların səs yazılarında dediyi kimi, onları kimsə qoruyur.

Cənab Kamran Əliyev!

Cənab Vilayət Eyvazov!

Bayramov Azər Nizami oğlu və övladı Bayramov Cavid Azər oğlu polis bölməsində bizə borclu olduqlarını etiraf edib və 50 min manat verəcəklərini bildiriblər. Lakin indiyədək nə bizə, nə də digər zərərçəkmişlərə bir manat da ödəməyiblər. Nə qədər qəribə səslənsə də, son vaxtlar yaşadığımız bir çox hadisələr dələduz ata və oğulun yüksək rütbəli məmurlar tərəfindən himayə olunduqları haqda şübhələr yaradır. Söhbət ondan gedir ki, bu şəxslərin dələduzluqları ilə bağlı çoxsaylı faktları (telefon danışıqlarını, mesajları, “WhatsApp” yazışmalarını və sair) olduğu halda onlar barəsində heç bir tədbir görülmür. Digər qurumlarla yanaşı, sonuncu dəfə müraciət etdiyimiz Yasamal Rayon Prokurorluğu da cinayət işi açmır. İşə baxan prokurorluq əməkdaşı, müstəntiq Mayıl Vəliyev “bu işdə cinayət faktı görmədiyini” bildirib. Amma, necə olur ki, müstəntiqin cinayət işi açmayacağını dələduzlar əvvəlcədən bilir?!

Onu da qeyd edim ki, Azər Bayramov və oğlu Cavid hələ də Oktay müəllimin adından sui-istifadə edərək, “siz kimə şikayət etsəniz də, Oktay müəllim məni qoruyacaq, bir gün də içəridə qalmayacam”, - deyirlər. Hətta sürdükləri bahalı maşınların belə, onlara vəzifəli şəxslər tərəfindən verildiyini deyirlər.

Hörmətli Kamran Əliyev!

Hörmətli Vilayət Eyvazov!

Vəzifəli şəxslərin adından istifadə edən, vətəndaşlara 100 min manatdan çox ziyan vuran bu ata-bala barəsində heç bir tədbir görülməməsi məni məyus edir. Qəbullara yazılıb, hər bir sübutu sizlərə təqdim etməyə hazıram.

Axı, necə ola bilər ki, ortada vəzifəli şəxslərin adından sui-istifadə halı olmasına rəğmən, cinayət işi açılmır?! Yoxsa vəzifəli şəxslərin adından istifadə edərək dələduzluq törədən şəxslərin “statusu” fərqli olur?!

Bu baxımdan, Sizdən xahiş edirik ki, tapdalanan hüquqlarımızın bərpasına dəstək göstərərək, bizə qarşı dələduzluq edən Gəncə şəhər sakinləri Bayramov Azər Nizami oğlu və övladı Bayramov Cavid Azər oğlunun qanunamüvafiq şəkildə cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Oktyabr 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see809

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see218

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see203

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see148

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see129

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see128

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri