Icma.az
close
up
RU
Menu

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

Şəkər və yağdan daha pisdir...

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

100 MİNLİK DƏLƏDUZLUĞA GÖZ YUMULUR Dələduzluq edən ata balaya cinayət işi açıldı, amma dəyən zərər yarıya endirildi... / Yenilənib

100 MİNLİK DƏLƏDUZLUĞA GÖZ YUMULUR Dələduzluq edən ata balaya cinayət işi açıldı, amma dəyən zərər yarıya endirildi... / Yenilənib

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhər sakini, hazırda Bakı şəhəri Yasamal rayonunda yaşayan İsayev Rafayıl Müzəffər oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti dəfə müraciət daxil olub.  Şikayətçi qəzetimiz vasitəsilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:

“Hörmətli Kamran Əliyev!

Hörmətli Vilayət Eyvazov!

Diqqətinizə çatdırım ki, oğlanlarım - İsayev Cəlal Rafail oğlu və İsayev Cavidan Rafayıl oğlu qohumum Bayramov Azər Nizami oğlu və övladı Bayramov Cavid Azər oğlu tərəfindən külli miqdarda, yəni 60 min manat məbləğində dələduzluğa məruz qoyulmuşdur.

Bütün qohum-əqraba kimi elə bilirdik ki, Bayramov Cavid Polis Akademiyasında oxuyur. O, Bakıda ailə üzvlərimlə birgə kirayədə yaşadığımız mənzildə qalırdı. Tez-tez vəzifəli şəxslərlə görüşdüyünü bildirir, hətta Daxili İşlər Nazirinin müavini Oktay Kərimov tərəfindən himayə olunduğunu deyirdi.

Həmin vaxtlar heç kəs bunun yalan olduğunu düşünmürdü. Yalnız oğlanlarımı aldadıb, bizi borca-xərcə salandan sonra başa düşdü ki, ata-bala dələduzdurlar. Evimizə məqsədli şəkildə girib, Gəncədə satdığımız evin pulunu ələ keçiriblər.

Belə ki, onlar yüksək vəzifəli şəxslərin adını çəkərək, onlarla birgə iş qurduqlarını bildirib. Oğlanlarıma da təklif edib ki, müəyyən qədər vəsait qoymaqla yaxşı gəlir götürə bilərlər. Onlar da, ümumilikdə 60 min manat olmaqla, ayrı-ayrılıqda əllərində olan pulları və borca götürdükləri vəsaitlərin hamısını Azər Bayramova və oğlu Cavid Bayramova veriblər. Ona verilən pulların hamısına və ata-balanın vəzifəli şəxslərin adından istifadə etdiklərinə dair əlimizdə ciddi sübutlar var. Bu sübutların hər biri polisə və prokurorluğa təqdim olunub.

Hətta polisə müraciətdən sonra aydın olmuşdur ki, dələduz ata-bala tək bizi yox, başqa adamları da bu yolla aldadıb. Bizə verəcəkləri məbləğlə birgə, təxminən, 100 min manatlıq dələduzluq ediblər.

Maraqlıdır ki, şikayətçilərin sayı günü-gündən artsa da, prokurorluq ata-balaya cinayət işi açmır. Bayramovların səs yazılarında dediyi kimi, onları kimsə qoruyur.

Cənab Kamran Əliyev!

Cənab Vilayət Eyvazov!

Bayramov Azər Nizami oğlu və övladı Bayramov Cavid Azər oğlu polis bölməsində bizə borclu olduqlarını etiraf edib və 50 min manat verəcəklərini bildiriblər. Lakin indiyədək nə bizə, nə də digər zərərçəkmişlərə bir manat da ödəməyiblər. Nə qədər qəribə səslənsə də, son vaxtlar yaşadığımız bir çox hadisələr dələduz ata və oğulun yüksək rütbəli məmurlar tərəfindən himayə olunduqları haqda şübhələr yaradır. Söhbət ondan gedir ki, bu şəxslərin dələduzluqları ilə bağlı çoxsaylı faktları (telefon danışıqlarını, mesajları, “WhatsApp” yazışmalarını və sair) olduğu halda onlar barəsində heç bir tədbir görülmür. Digər qurumlarla yanaşı, sonuncu dəfə müraciət etdiyimiz Yasamal Rayon Prokurorluğu da cinayət işi açmır. İşə baxan prokurorluq əməkdaşı, müstəntiq Mayıl Vəliyev “bu işdə cinayət faktı görmədiyini” bildirib. Amma, necə olur ki, müstəntiqin cinayət işi açmayacağını dələduzlar əvvəlcədən bilir?!

Onu da qeyd edim ki, Azər Bayramov və oğlu Cavid hələ də Oktay müəllimin adından sui-istifadə edərək, “siz kimə şikayət etsəniz də, Oktay müəllim məni qoruyacaq, bir gün də içəridə qalmayacam”, - deyirlər. Hətta sürdükləri bahalı maşınların belə, onlara vəzifəli şəxslər tərəfindən verildiyini deyirlər.

Hörmətli Kamran Əliyev!

Hörmətli Vilayət Eyvazov!

Vəzifəli şəxslərin adından istifadə edən, vətəndaşlara 100 min manatdan çox ziyan vuran bu ata-bala barəsində heç bir tədbir görülməməsi məni məyus edir. Qəbullara yazılıb, hər bir sübutu sizlərə təqdim etməyə hazıram.

Axı, necə ola bilər ki, ortada vəzifəli şəxslərin adından sui-istifadə halı olmasına rəğmən, cinayət işi açılmır?! Yoxsa vəzifəli şəxslərin adından istifadə edərək dələduzluq törədən şəxslərin “statusu” fərqli olur?!

Bu baxımdan, Sizdən xahiş edirik ki, tapdalanan hüquqlarımızın bərpasına dəstək göstərərək, bizə qarşı dələduzluq edən Gəncə şəhər sakinləri Bayramov Azər Nizami oğlu və övladı Bayramov Cavid Azər oğlunun qanunamüvafiq şəkildə cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz”.

Jalə FAMİLQIZI

Yazıya əlavə: Dəyərli oxucuların diqqətinə çatdıraq ki, dünən - 14.10.2025-ci il tarixində saytımızda dərc olunan bu məqalədən sonra Yasamal Rayon Prokiurorluğundan zərərçəkən şəxslərə zəng edilib. Müstəntiq onların bu gün, yəni 15.10.2025-ci il tarixində Prokurorluqda olmalarını istəyib.

Qeyd edək ki, şikayətçi tərəf deyilən vaxtda Yasamal Prokurorluğunda olsalar da, sonradan onları rayon Polis İdarəsinə yönləndiriblər. Nəticədə, zərəçəkən şəxslər Yasamal Rayon Polis İdarəsində növbəti dəfə izahat yazıblar. Bu zaman onlara məlum olub ki, müstəntiq dələduz ata-balanın 60 min manat deyil, 35 min manat pullarını mənimsədiyini qeyd edib. Məhz bu səbəbdən də Bayramov Cavid Azər oğluna cinayət işi açıldığı bildirilib. 

Görünən odur ki, dələduzluqda ittiham olunan ata-balaya indiyədək cinayət işinin açılmaması digər zərərçəkmişləri ortadan çıxarmaqla yanaşı, mənimsənilən pulun həçmini təxminən yarıya endirmək olub. Halbuki, qarşı tərəf, yəni dələduz ata-bala istər səs yazılarında, istər də ilkin izahatlarında zərəçəkmiş şəxslərin 50 min manatını mənimsədiklərini etiraf ediblər. Bütün bunlardan sonra sözügedən vəsaitin təxminən yarıya endirilməsi anlaşılan deyil və çoxsaylı şübhələrə yer açır. Hər halda, bu haqda yaxın günlərdə ətraflı məlumat əldə edəcəyimizi düşünürük...

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see308

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see285

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see213

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see205

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see202

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see190

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see190

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see159

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see150

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see145

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see140

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see133

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see132

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see131

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see131

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see131

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see129

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see128

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see125

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri