Icma.az
close
up
RU
100 yaşdan çox yaşayanların ortaq 5 sirri

100 yaşdan çox yaşayanların ortaq 5 sirri

Icma.az bildirir, Lent az portalına istinadən.

Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanları haqqında sənədli film hazırlamaq üçün 2015-ci ildən etibarən müxtəlif ölkələrə səfər edib və Ginnesin Rekordlar Kitabında “dünyanın ən yaşlı yaşayan insanı” titulunu daşıyan şəxslərlə görüşüb.

Onun bu mövzuya marağı 116 yaşında dünyanın ən yaşlı insanı elan edilən amerikalı Süzanna Muşatt Consla görüşdən sonra başlayıb. Rejissor insanın 100, hətta 110 ildən çox yaşamasına hansı amillərin təsir etdiyini anlamağa çalışıb.

Qrin bildirib ki, uzunömürlülüyün hamıya uyğun vahid “sirri” yoxdur. Genetika, həyat tərzi və təsadüfi amillər burada mühüm rol oynayır. Bununla belə, onun görüşdüyü uzunömürlü insanların həyatında beş əsas ortaq xüsusiyyət diqqət çəkib.

Əksəriyyəti qadınlardır

2015-2025-ci illər ərzində dünyanın ən yaşlı yaşayan insanı titulunu daşıyan şəxslərin hamısı qadın olub. Rejissorun sözlərinə görə, dünyanın ən yaşlı insanının kişi olması olduqca nadir haldır.

İngiltərədə aparılan uzunömürlülük araşdırmalarına əsasən, dünyadakı 100 yaşdan yuxarı insanların 85 faizindən çoxunu, 110 yaşdan yuxarı yaşayanların isə 90 faizdən çoxunu qadınlar təşkil edir. Tarixdə yaşı rəsmi şəkildə təsdiqlənmiş ən uzunömürlü insan da qadın olub. Fransalı Janna Kalman 1997-ci ildə 122 yaşında vəfat edib.

Həyata pozitiv yanaşırlar

Rejissorun diqqətini çəkən digər xüsusiyyət uzunömürlü insanların həyata münasibəti olub. Onların əksəriyyəti çoxsaylı çətinliklər yaşasa da, pessimist olmayıb. Məsələn, yaponiyalı Kane Tanaka İkinci dünya müharibəsini görüb, həyat yoldaşı müharibəyə gedib, oğlu əsir düşüb, özü isə iki dəfə xərçəng xəstəliyinə qalib gəlib. Buna baxmayaraq, Tanaka insanlara çox narahat olmamağı və hər şeyi həddindən artıq düşünməməyi məsləhət görüb. 117 yaşına qədər yaşayan Mariya Branyas da həyatında müharibələr və pandemiyalar görsə də, keçmişindən danışarkən daha çox xoş xatirələrini yada salıb.

Tək qalmırlar

Uzunömürlü insanlarda müşahidə edilən digər mühüm məqam güclü sosial əlaqələrinin olmasıdır. Sem Qrinin sözlərinə görə, onun görüşdüyü insanların ətrafında həmişə qayğı göstərən ailə üzvləri, dostları və ya baxıcıları olub. Rejissor hesab edir ki, sevilmək, sosial münasibətləri qorumaq və başqa insanlarla ünsiyyətdə olmaq uzun və sağlam həyat üçün əhəmiyyətli amillərdən biridir.

Gündəlik rejimə əməl edirlər

110 yaşdan çox yaşayan insanların əksəriyyətinin müəyyən gündəlik rejimi olub. Onlar yatmaq, yemək, fiziki hərəkət və digər gündəlik fəaliyyətlərini mümkün qədər eyni qaydada davam etdiriblər. Uzunömürlülərin bir çoxu hətta yaşlı dövrlərində də fəaliyyətlərini dayandırmayıb.

Yamaykalı Vayolet Braun 80 ildən artıq musiqi müəllimi işləyib. Andre bacı kimi tanınan fransız rahibə isə 100 yaşından sonra belə könüllü fəaliyyətini davam etdirib. Qrin qeyd edib ki, bu insanlar xüsusi pəhrizlərə əməl etməyiblər. Əsas xüsusiyyət onların uzun illər ərzində eyni vərdişləri və müəyyən tarazlığı qoruması olub.

Həyatdan zövq alırlar

Rejissorun sözlərinə görə, dünyanın ən yaşlı insanlarının hamısı son dərəcə sərt həyat tərzi sürməyib. Bəziləri şirniyyat, ət və süd məhsullarını sevib, bəziləri isə müəyyən dövrlərdə spirtli içki və ya siqaretdən istifadə edib.

Məsələn, 116 yaşına qədər yaşayan Süzanna Muşatt Cons hər səhər bekon yeyib. Dünyanın ən uzunömürlü insanı hesab edilən Janna Kalmanın isə 100 yaşını keçdikdən sonra belə siqaret çəkdiyi məlumdur.

Bununla belə, Sem Qrin onların əksəriyyətinin hər şeydə ölçülü davranmağa çalışdığını vurğulayıb. Rejissorun fikrincə, uzunömürlüləri birləşdirən əsas xüsusiyyətlər həyatı həddindən artıq ciddiyə almamaq, insanlarla əlaqəni qorumaq, gündəlik rejimə sahib olmaq, pozitiv düşünmək və həyatın zövqlərindən müəyyən ölçüdə yararlanmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Oktyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri