Icma.az
close
up
RU
100 yaşlı abidəni dağılmaqdan BİTKİ KOLU QORUYUR Unikal memarlığa malik hamam niyə bərpa edilmir? FOTO

100 yaşlı abidəni dağılmaqdan BİTKİ KOLU QORUYUR Unikal memarlığa malik hamam niyə bərpa edilmir? FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Cəlilabad şəhərinin mərkəzində yerləşən və rayonun ən qədim tarixi abidələrindən biri hesab olunan Cəlilabad hamamı tamamilə dağılmaq təhlükəsi ilə üz-üzədir. 
Yerli əhəmiyyətli memarlıq abidəsi kimi tanınan bu tikilinin bir neçə ilə 100 illik yubileyi tamam olacaq.
Lakin uzun illər qorunub saxlanılan bu tarixi məkan hazırda baxımsızlıq səbəbindən yararsız vəziyyətə düşüb.  Sakinlərin sözlərinə görə, vaxtında lazımi tədbirlər görülmədiyindən divarlarında iri çatlar əmələ gəlib və bu çatlar getdikcə genişlənir. 
Məlumata görə, iki böyük günbəzdən ibarət olan hamam bölgədə ilk kanalizasiya sisteminə malik tikililərdən biridir. Keçmişdə burada xüsusi saxsı borular vasitəsilə həm divarlarda, həm də yeraltı hissədə kanalizasiya sistemi qurulmuşdu. Yaşlı və yerli sakinlərin sözünə görə cəmi  bir neçə odunla səhərdən axşama qədər hamamın həm suyu, həm də içərisi isidilirmiş. Hamam fəaliyyətini dayandırdıqdan sonra müxtəlif məqsədlərlə istifadə olunub. Lakin illər ərzində əsaslı təmir aparılmadığı üçün divarlar getdikcə daha da zədələnib.

Qeyd edək ki, məhz bu hamam ictimai iaşə obyekti olaraq qadınlar, həmçinin kişilər üçün ayrı-ayrılıqda xidmət göstərib.

Yəni həftənin cüt günləri qadınlar, tək günləri isə kişilər üçün istifadə edilirmiş. Hamamın tarixi abidə olduğu və dövlət tərəfindən qorunduğunu bildirən xüsusi bir lövhə isə yoxdur. Ən azı hər hansı bir turistin diqqətini bura cəlb etmək mümkün deyil.
Qeyd edək ki, Cəlilabad rayonunda rəsmi olaraq 53, yerli tarixçilərin qeydlərinə görə isə 100-dən çox tarixi abidə mövcuddur. Onlardan ikisi dünya əhəmiyyətli, digərləri isə respublika və yerli əhəmiyyətli abidələr sırasına daxildir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Bizim.Media-nın sorğusunu cavablandırıb.
Cavabda qeyd olunur ki, Dövlət Xidməti tərəfindən həmin hamamın qorunması və bərpa olunaraq yenidən istifadə olunması istiqamətində kompleks tədbirlərin görülməsi nəzərdə tutulur. Hamamın bərpaya ehtiyacı var. Tarixi abidənin bərpa olunması investisiya planına daxil edilib.
Qeyd edək ki, tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu hamamın da investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.

Onu da bildirək ki, hamam dağılma prosesinə qədəm qoyduqdan sonra onu üst və arxa hissəsindən əhatəyə alan qəribə sıx bitki kolunun sayəsində bişmiş kərpicdən olan divarların tam dağılması bir qədər səngiyir. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə bitki bu sürətlə böyüsə hamamı tam ağuşuna alacaq. Deyəsən bizim qorumadığımız tarixi ana təbiət öz qanunları ilə gələcək nəslin insafına saxlayır.



Sabutay, Bizim.Media, Cənub bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Mart 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri