“Çağırışçıların həqiqi hərbi xidmət keçməsi ilə bağlı məsələyə fundamental bir yenilik gətirmək lazımdır”
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında hərbi-siyasi şərhçi Ramil Məmmədli bildirib ki, çağırış müddətinin azaldılması Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunu azaltmayacaq.
Ramil Məmmədli
"Ümumiyyətlə, bu çağırışla bağlı məsələ hər zaman müzakirə mövzusu olub. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra, son 2-3 ildə bu məsələyə daha çox diqqət ayrılmağa başlanılıb. Həqiqi hərbi xidmət müddətinin çağırışçılar üçün azaldılması bu dövrdə əsas müzakirə mövzularından birinə çevrilib. Mən də bu məsələ ilə bağlı müxtəlif vaxtlarda öz fikirlərimi və təkliflərimi irəli sürmüşəm. Hesab edirəm ki, çağırış müddətinin azaldılması ümumilikdə Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunu və orduya marağı azaltmayacaq. Əksinə, bu, ordunun peşəkarlaşmasına, şəxsi heyətin daha təcrübəli və müqaviləli hərbi qulluqçulardan təşkil olunmasına stimul verəcək və şərait yaradacaq. Hazırda Azərbaycanda ali təhsili olmayanlar üçün həqiqi hərbi xidmət müddəti 1 il 6 ay, ali təhsilli şəxslər üçün isə 1 ildir. Artıq müharibənin aktiv fazası başa çatıb və bu da müəyyən dəyişikliklərin gündəmə gəlməsini zəruri edir.
Ermənistanla sülhün bərqərar olunması üçün həm siyasi, həm də iqtisadi addımlar atılır. Bu baxımdan hesab etmək olar ki, artıq həqiqi hərbi xidmət müddətinin azaldılmasına ehtiyac yaranıb. Mən hesab edirəm ki, bu məsələdə cəmiyyətdə ayrı-seçkilik formatı yaratmağa, yəni ali təhsilli və təhsilsiz insanlar arasında kasta yanaşması tətbiq etməyə ehtiyac yoxdur.
Həqiqi hərbi xidmətin müddəti birmənalı şəkildə konkretləşdirilməlidir – məsələn, 6 və ya 9 ay olaraq müəyyən edilə bilər. Daha sonra isə bu müddət ərzində bilik və bacarığı ilə fərqlənən çağırışçılar arasında seleksiya aparılmalıdır. Bu seleksiya nəticəsində peşəkar hərbi birləşmələrə xidmətini davam etdirmək istəyən şəxslərin - yəni çavuş, gizir rütbəsində və ya müddətdən artıq hərbi qulluqçu kimi - orduya cəlb olunması təmin edilməlidir.
Bundan əlavə, dövlət büdcəsindən müəyyən məbləğdə vəsaitin ödənilməsi müqabilində, qanunla əvvəlcədən müəyyən edilmiş müddətdə həqiqi hərbi xidmətdən azad olunma da məqsədəuyğundur. Hesab edirəm ki, çağırışçıların hərbi xidmət keçməsi ilə bağlı məsələyə fundamental yenilik gətirmək və bu prosesi müəyyən qədər yüngülləşdirmək lazımdır. Bu, həm Azərbaycanın post-müharibə dövründə həyata keçirdiyi islahatların bir hissəsi olmalı, həm də beynəlxalq təcrübədən bəhrələnərək reallaşdırılmalıdır"-deyə Ramil Məmmədli qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 26 Dekabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















