Icma.az
close
up
RU
“1000 manata qədər maaş alanlar bütün vergilərdən azad edilməlidir” “Valyuta ehtiyatlarımız artır, amma vergilər də artırılır...”

“1000 manata qədər maaş alanlar bütün vergilərdən azad edilməlidir” “Valyuta ehtiyatlarımız artır, amma vergilər də artırılır...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Azərbaycanda hazırda ərzaq məhsullarının qiyməti xeyli dərəcədə artıb. Keyfiyyətli yağ, ət yoxsul insanlar üçün ümumiyyətlə əlçatmaz olub”.

“AzPolitika” xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə deyib.

Deputat vurğulayıb ki, əhalinin yoxsullaşması həm də siyasi və təhlükəsizlik məsələsidir: “Sosial vəziyyət ağırlaşanda ölkədə dini və siyasi ekstremizm üçün əlverişli mühit yaranır və cinayətkarlığın səviyyəsi artır. Bir çox insanlar dolanışığını təmin etmək üçün hətta öz azadlığı ilə belə risk edirlər və cinayətlərə gedirlər. Ona görə mən təklif edirəm ki, biz indi bu ildən vergi güzəştləri ki, ləğv olunmuşdu onu bərpa edirik və 2500 manat maaş alan şəxslər üçün artıq 3 faiz vergi dərəcəsi müəyyənləşir, mən hesab edirəm ki, 1000 manata qədər maaş alanlar, ümumiyyətlə, bütün növ vergilərdən azad olunsunlar. Yəni burada qeyd olunsun ki, 2500 manata qədər maaş alanlar üçün 3 faiz vergi dərəcəsi müəyyən olunsun və 2500-dən yuxarı isə indiki qaydada davam etsin. Mən bunu normal sayıram, amma yoxsul təbəqəni doğrudan da müdafiə etmək lazımdır. Mən keçən iclasda da dedim ki, əmək miqrantlarının göndərdiyi vəsait kəskin azalıb, əhalinin sosial vəziyyətində ciddi problemlər var. Yəni bunu görməzdən gəlmək mümkün deyil”.

Q.Həsənquliyev bildirib ki, ölkənin maliyyə imkanı bunu etməyə imkan verir. Belə ki, Mərkəzi Bankla Dövlət Neft Fondunun maliyyə ehtiyatlarının həcmi 81,5 milyarda çatıb. “Bir var Neft Fondunda vəsait azalardı ona görə Neft Fondundan büdcəyə transfertin həcmini azaltsaydıq, bu başadüşülən olardı. Tramp tariflərdən çox vəsait gəldiyi üçün ABŞ-ın hər insana 2 min dollar vəsait verəcəyini bəyan edir. Amma bizdə valyuta ehtiyatlarımız artır, əvəzində vergilər tətbiq edirik. Mən bunu diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda Neft Fondundan transfert 1 milyard 646 milyon manat, yəni 11,4 faiz az proqnozlaşdırılır. Bu, kifayət qədər böyük məbləğdir. Hesab edirəm ki, hətta bunu olduğu səviyyədə belə saxlamaq olar”.

Millət vəkili təklif edib ki, əlavə vəsaitlər cəlb etmək üçün, ümumiyyətlə, 3 ildən artıq istifadə olunmuş avtomobillərin ölkəyə girişinə ya qadağa qoyulmalıdır, ya da elə vergi dərəcələri müəyyən olunmalıdır ki, onları ölkəyə gətirmək mümkün olmasın. "Bu, həm də daxili bazarı qorumaq üçün lazımdır. Ona görə bizim özümüz artıq avtomobil istehsal etməyə, daha doğrusu yığmağa başlayacağıq”.

Partiya sədri sahibkarlara 30 min manatdan artıq vəsaitlərini nağdlaşdırmağa imkan verilməməsini də tənqid edib. “Onlar onsuz da müxtəlif yollar tapırlar, müxtəlif şirkətlər öz aralarında saxta müqavilələr imzalamaqla gəlirlərinin 7 faizindən 14 faizinə qədərini itirməklə, o vəsaiti nağdlaşdırırlar. Hətta mən onların bəziləri ilə söhbət etmişəm, onlar böyük məmnuniyyətlə razıdırlar ki, əgər sahibkar 30 mindən artıq vəsaiti nağdlaşdırmaq istəyirsə, 4 faiz vergi ödəsin və büdcəyə əlavə vəsait daxil olsun. Həm də bunu leqallaşdırmaq, qanuniləşdirmək lazımdır. Yəni o vəsaitlər də kimlərinsə ciblərinə deyil, dövlət büdcəsinə getsin”, - o vurğulayıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri