Icma.az
close
up
RU
Valyuta ehtiyatlarımız ARTIR: Qarşıdakı illərdə...

Valyuta ehtiyatlarımız ARTIR: Qarşıdakı illərdə...

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, il ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir.

Bəs görəsən, valyuta ehtiyatlarımızın artmasına hansı amillər təsir edib?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, valyuta ehtiyatlarının artması bir ölkə üçün uğurdur.

Onun sözlərinə görə, valyuta ehtiyatlarımız ilk növbədə, ixrac etdiyimiz neft və qeyri-neft məhsullarından əldə olunan gəlirlər nəticəsində artıb:

"Bu, manatın öz məzənnəsini qoruyub saxlaması, ölkə iqtisadiyyatının inkişafı və dayanıqlı iqtisadiyyatın prinsiplərinin təminatı üçün olduqca vacib elementdir. Bir ölkənin iqtisadiyyatı inkişaf edirsə, ilk növbədə, valyuta ehtiyatları artır”.

Müsahibimiz deyib ki, Sovet dövründə ən böyük problemimiz xammal ölkəsi olmağımız idi. Azərbaycan ancaq xam neft ixracı ilə məşğul idi və bunun müqabilində ölkə büdcəsinə müəyyən məbləğlər daxil olurdu. Sonrakı dövrlərdə ölkəmiz müharibə şəraitində olub, hər an təhdidlərlə üzləşib, o cümlədən Amerika Konqresi uzun müddət ölkəmizə qarşı müəyyən sanksiyalar tətbiq edib. Müstəqillik əldə olunandan sonra ölkə iqtisadiyyatı güclənməyə və Azərbaycan regionda söz sahibi olmağa başladı. Müharibədə qalib olmağımızın başlıca səbəblərindən biri də ölkə iqtisadiyyatında baş verən inkişafdır.

Vüqar Oruc, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri

İqtisadçı hesab edir ki, qarşıdakı illərdə bu artım daha da güclənəcək.

"Ölkə başçısının yürütdüyü siyasət nəticəsində həm valyuta ehtiyatlarımız artır, həm ölkə iqtisadiyyatı inkişaf edir, həm də işğaldan azad olunan ərazilərimizdə böyük infrastruktur işləri aparılır. Bundan başqa, Bakı şəhəri müasir standartlara uyğun şəkildə yenilənir və ölkəmiz bir çox dünya ölkələri içərisində öz sözünü deyə bilir. Növbəti illərdə valyuta ehtiyatlarımızın daha çox artması gözləniləndir. Çünki işğaldan azad olunmuş ərazilərimizdə aparılan işlər artıq məhsuldar nəticələrini göstərir. Eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün atılan əməli addımlar nəticəsində daha yaxşı nəticələr əldə olunacaq", - deyə Vüqar Oruc qeyd edib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:656
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Yanvar 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri