Icma.az
close
up
RU
101 minlik qızılı Azərbaycana keçirmək istədi KONKRET

101 minlik qızılı Azərbaycana keçirmək istədi KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Səbinə Sabir qızı Əliyeva, Kəmalə Məmməd qızı Məmmədova və Səbinə Ravil qızı Nəsibovanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

KONKRET.az unikal-a istinadən xəbər verir ki,  hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib. Məlum olub ki, Kəmalə Məmmədova Səbinə Nəsibova və Səbinə Əliyeva vasitəsilə dəyəri 101 min manat olan 1 kiloqrama yaxın qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib. Belə ki, “Duty Free”nin əməkdaşı Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən gətirdiyi qızıl-zinət əşyalarını qanunsuz yolla Heydər Əliyeva adına Hava Limanının gömrük keçid məntəqəsindən keçirərək Kəmalənin özünə ötürməli olub. Ancaq alınmayıb və qızıllar Səbinənin gizlətdiyi dolabda aşkar olunub.

Kəmalə Məmmədova sərbəst ifadə verərək bildirib ki, Türkiyəyə köçmək istəyib, ancaq qayınanası ürək əməliyyatı keçirdiyindən köçə bilməyib. Ona görə, Səbinə Nəsibova vasitəsilə 896 qram qızıl-zinət əşyalarını qanunsuz yolla Türkiyədən Azərbaycana keçirmək istəyib: “Səbinə Nəsibovanı Karqo şirkətinin rəhbəri Sahil müəllim vasitəsilə tanımışam. Danışdım Səbinə ilə, o dedi ki, 25 qramdan artıq qızılı ancaq rəsmi yolla keçirmək olur. Bəyannamə yazılacaq, nə rüsum deyəcəklər, onu da mənə bildirəcək. Söylədi ki, onun da “hörmətini” ayrı edərəm. Səbinə Əliyevanı isə tanımamışam. Qızılı Türkiyədən Bakı şəhəri, Nərimanov rayonunda olan evimizi satıb almışam”.

Təqsirləndirilən şəxs Kəmalə Məmmədovanın verdiyi ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaqda verdiyi ifadəsi hakim tərəfindən elan olunub. Məlum olub ki, Kəmalə həmin qızıl-zinət əşyalarını İstanbul şəhərində mağazadan alıb. Qızılları isə İstanbulda mağazanın satıcısı kuryer vasitəsilə Səbinəyə göndərib.

Məhkəmə prosesi 17 dekabr tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Noyabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri