1049 güzəştli mənzil satışa çıxır TARİX + QİYMƏTLƏR
Icma.az, Olke.az saytına istinadən bildirir.
Bu barədə Ölkə.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, mənzillərin satışı bu il dekabrın 16-ı saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək.
Satışa Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 5, Binəqədi Yaşayış Kompleksi üzrə 839, Şirvan Yaşayış Kompleksi üzrə 201, Yevlax Yaşayış Kompleksi üzrə 4 mənzil olmaqla, ümumilikdə 1 049 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 02.11.2020-ci il tarixli 30383 nömrəli müsbət rəyi;
Binəqədi Yaşayış Kompleksi üzrə - 03.04.2023-cü il tarixli 34942, 27.04.2023-cü il tarixli 35053 və 35054, 20.06.2023-cü il tarixli 35357 və 35358 nömrəli müsbət rəyləri;
Şirvan Yaşayış Kompleksi üzrə - 03.07.2023-cü il tarixli 35409 və 14.09.2023-cü il tarixli 35911 nömrəli müsbət rəyləri;
Yevlax Yaşayış Kompleksi üzrə - 09.12.2023-cü il tarixli 36452 nömrəli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 13 saylı Şirvan Ərazi İdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:
Binəqədi Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:
Şirvan Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:
Yevlax Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Binəqədi Yaşayış Kompleksi üzrə yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksi üzrə isə həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdır.
Binəqədi Yaşayış Kompleksi üzrə:
3 otaqlı mənzillərin qiyməti – 98 415 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti –133 650 manat,
5 otaqlı mənzillərin qiyməti – 211 275 manatdır.
Şirvan Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,
3 otaqlı mənzillərin qiyməti – 69 160 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdan başlayır.
Yevlax Yaşayış Kompleksi üzrə:
1 otaqlı mənzilin qiyməti – 43 225 manat,
3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,
4 otaqlı mənzilin qiyməti – 103 740 manatdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Noyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















