Icma.az
close
up
RU
106 il əvvəl Topçubaşov, indi isə Əliyev Tarixi zərbə belə dəf edildi

106 il əvvəl Topçubaşov, indi isə Əliyev Tarixi zərbə belə dəf edildi

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Azərbaycan–ABŞ münasibətləri uzun illər ərzində mürəkkəb mərhələlərdən keçmişdir. Xatırlatmaq istəyirəm ki, hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda, ABŞ-la əlaqələr istənilən səviyyədə deyildi. Lakin 1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Əlimərdan bəy Topçubaşov Parisdə ABŞ Prezidenti Vudro Vilson tərəfindən qəbul edilmişdi. Azərbaycan nümayəndə heyətinin əsas məqsədi ölkəmizin müstəqilliyinin tanınması idi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında deputat Anar İskəndərov deyib

Deputat xatırladıb ki, bütün çətinliklərə baxmayaraq, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan de-fakto tanındı.

“Sovet hakimiyyəti illərində isə Azərbaycan ABŞ-la münasibətlərdə Sovet İttifaqının tərkibində idi. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən dərhal sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü başladı. Naxçıvan blokadaya alındı. ABŞ isə 907-ci düzəliş vasitəsilə Azərbaycana qarşı məhdudiyyətlər tətbiq etdi və bu, ölkəmizin maraqlarına ciddi zərbə vurdu.

2001-ci ilin aprelində ABŞ-ın Florida ştatının Ki Vest şəhərində Ulu Öndər Heydər Əliyevlə Ermənistan rəhbərinin görüşü keçirildi. Görüşdə ATƏT-in Minsk qrupunun nümayəndələri də iştirak etsə də, nəticə olmadı. Elə həmin il ABŞ-ın Əfqanıstana müdaxiləsi başlayanda, Azərbaycanın hava yollarına ehtiyacı yarandığı üçün 907-ci düzəlişin tətbiqi dayandırıldı.

2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə ABŞ ilk dəfə neytral mövqe tutdu. Müharibədən sonra isə Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qalib dövlət kimi tarixə düşdü.

Hər bir müharibə sülhlə başa çatmalıdır. Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün intensiv danışıqlar aparılır. Bəzi beynəlxalq dairələr Ermənistanın məğlub olmasına baxmayaraq, müqavilənin elə formada imzalanmasını istəyirlər ki, sanki o qalibdir. Lakin bu, yalnız xülya ola bilər. Çünki Azərbaycan rəhbərliyi Vətən müharibəsini uğurla başa çatdırdığı kimi, sülh müqaviləsinin də ədalətli şəkildə imzalanmasını təmin edəcəkdir.

44 günlük müharibənin qalibi şübhəsiz ki, Prezident İlham Əliyevdir. 100 ildən sonra separatçılığın kökünü tarixə göndərən də məhz İlham Əliyev oldu. Bu gün imzalanan sənədlərin hər bir maddəsində qalib Azərbaycanın imzası vardır.

Bütün bunlar göstərir ki, Azərbaycan öz tarixində ilk dəfə olaraq ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Qazanılan bu nailiyyətlər ölkəmizə gələcək inkişaf üçün geniş imkanlar açır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri