Icma.az
close
up
RU
109 il gecikmiş cavab

109 il gecikmiş cavab

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gecikməklə aram yoxdur. Çalışıram ki, gedəcəyim məkana hamıdan tez gedim. Eybi yox, qoy, mən başqalarını gözləyim. Təki, kimsə məni gözləməsin. Amma bu dəfə deyəsən, çox gecikmişəm.

Müsahibələrim üçün yolum tez-tez İncəsənət Universitetinə düşür. Hər zaman eyni korpusa gəldiyimə görə digər korpusun varlığını unutmuşdum. 1 ay əvvəl tarzənlərdən biri ilə görüş üçün yenə İncəsənət Universitetinə yollandım. Həmişəki korpusa. Vaxtından tez çatmışdım. Bir xeyli həyətdə gəzişdikdən sonra nəzarətçilər hava soyuq olduğuna görə içəridə gözləməyimi təklif etdilər. Kiminlə görüşəcəyimi onlara belə deyəndə yanlış korpusa gəldiyimi demədilər. İçəri keçib dəhliz boyunca divardan asılan tablolara baxa-baxa məni digər korpusda gözləyən müsahibimi gözləməyə başladım. Tabloların arasında özümü itirdiyim bir vaxtda birinin qarşısında özümü tapdım. Sima tanış idi, doğma idi. Mən onu televiziyada, hətta evdə yemək bişirəndə belə yutubda açıb izləyirdim. Amma nədənsə bu dəfə fərqli bir doğmalıq hiss etdim, gözlərinə baxdım, sanki canlanmış, mənimlə danışırdı. Donub qalmışdım. Axı nə üçün bir şəkil mənə bu qədər təsir eləsin? Özümü suallarla itirdiyim bir vaxtda müsahibimdən zəng gəldi:

- Qızım, haradasan?

- Universitetdə, Zamiq müəllim.

- Axı mən də buradayam. Sən hansı korpusdasan? Aşağıda?

- Bəli, müəllim.

- Mən yuxarı korpusdayam. Gəl bura, amma çalış tez gəl.

- Yaxşı, müəllim, gəlirəm.

Amma getmək istəmirdim. Ayaqlarım kilidlənmişdi. Axı niyə bir şəkil məni addım atmağa qoymasın? Birtəhər özümü məcbur edib müsahibimə ayıb olmasın deyə oradan uzaqlaşdım.

Hisslərim məndən əl çəkmirdi. Nə edim, kimə danışım? Bəlkə, oğlu ilə danışım. Nə deyəcəkdim? Mən Nəsibə xanımın gözlərində bir sirr gördüm, siz həmin sirri bilirsiniz? Adama gülərlər, birdən məni dəli zənn edər deyə utandım. Tək çarəm Nəsibə xanımın söhbətlərini tapmaqda idi. Gündüz işdə, axşam isə dərsdə olduğuma görə bu müddət xeyli uzandı. Nəhayət, yollandım Axundov Kitabxanasına. İnternetdə olan materialları hamı görə bilərdi. Mən heç kimin bilmədiyi bir sirri aşkara çıxarmaq istəyirdim. Kitabxanın işçilərindən birinə yaxınlaşıb salam verdim. Salamımı almadı, eşitmədiyini düşündüm. Amma üzündəki ifadə eşidib eşitməməzliyə vurduğunu deyirdi. Çəkinə-çəkinə yenidən salam verib Nəsibə Zeynalova haqqında məqalə və müsahibələri axtardığımı dedim:

- Xanım, burada 150-dən çox material var. Konkret nə istəyirsiniz?

İşçini daha da əsəbiləşdirməmək üçün tez siyahıda olan materiallardan seçməyə başladım.

- Olar, digər səhifədəki materiallara da baxım?

- Görmürsünüz, adlarını köçürdürəm?

Daha qorxumdan heç nə deyə bilmədim. Seçdiyim dörd yazı ilə kifayətlənmək məcburiyyətində qaldım. Qəzet padşifkalarını özümlə götürüb oxu zalına keçdim.  Qəzetlərdən üçündə heç nə tapa bilmədim, hamının bildiyi məlumatlardan materiallar idi. Nəhayət birində bir müsahibə tapdım. Kirilcə yazılan müsahibəni heca-heca oxumağa başladım. Müsahibənin yarısına gəlib çatanda beynimdəki dumanlı fikirlər yerinə oturmağa başladı. Şəkil gözümün qarşısına gəldi. O qədər baxmışdım ki, hər cizgini əzbərləmişdim. Mənə gülümsəyərək baxırdı, amma mən bilirdim ki, əslində gülüşün altında nələrisə gizlədir. Gözlərində gizlədir.

Dünyasını dəyişən aktyorları köçəri quşlara bənzədirlər. Deyirlər ki, guya onlar nə zamansa, haçansa qayıdacaqlar. Gözlərim yollara baxır. Hey baxır. Amma onlar qayıtmırlar. Qayıtmırlar deyə bəlkə canıma üşütmə düşüb?! Bəlkə qayıtmırlar ki, mən onların yanına gedim?!

Dayandım. Deyəsən, o sirri, o kədəri tapmışdım. Amma hələ də nəsə yarımçıq idi.

Özümü sırasından, qatarından ayrı düşmüş durnaya bənzədirəm...

Nəsibə xanım haqqında olan yazıların əksəriyyəti ya onun ad gününə, ya da ölüm gününə həsr olunmuşdu. Hə, axı vərdiş etmişik insanları belə günlərdə yad etməyə. Bəlkə, ona görə inciyib bizdən, ona görə mənə elə baxdı. Bəlkə, adi günlərdən birində xatırlanmaq istəyib. Axı o bizi xüsusi günlərdə yox, adi günlərdə də güldürürdü. Bilmirəm, bəlkə də gözlərindəki o sirri açmışam. Amma mənə elə gəlir ki, cavabı tapmaq üçün 109 il gecikmişəm.

Ləman İLKİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri