Icma.az
close
up
RU
11 cilər üçün HƏYAT sınağı Valideynlər oxusun!

11 cilər üçün HƏYAT sınağı Valideynlər oxusun!

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Xəbər verildiyi kimi, Gəncədə 17 yaşlı oğlan – 11-ci sinif şagirdi qəfil dünyasını dəyişib. 2009-cu il təvəllüdlü İsa Allahverdiyev huşsuz vəziyyətdə şəhərdəki xəstəxanalardan birinə çatdırılıb. Lakin müayinələr zamanı onun artıq həyatını itirdiyi məlum olub.

İlkin məlumatlara görə, yeniyetmənin hazırlıq dərsində olarkən halı pisləşib. Onun epileptik tutma keçirdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri müvafiq ekspertiza və tibbi araşdırmalardan sonra üzə şıxacaq.

Məlumdur ki, hazırda ali məktəblərə qəbul olmaq istəyən 11-ci sinif şagirdləri üçün son dərəcə gərgin və məsuliyyətli bir dövrdür. İmtahanlara az vaxt qalması, yüksək nəticə əldə etmək istəyi, valideyn və müəllim gözləntiləri yeniyetmələrin üzərində ciddi psixoloji və fiziki yük yaradır. Bu səbəbdən intensiv hazırlıqlara gedən şagirdlərin böyük əksəriyyəti istirahətə, yuxu rejiminə və qidalanmaya lazımi qədər diqqət yetirmirlər.

Bir çox hallarda yeniyetmələr gecə saatlarına qədər dərs oxuyur, az yatır, vaxtlı-vaxtsız və düzgün olmayan qidalarla qidalanır, bəzən enerjili içkilərdən, fast-food məhsullarından istifadə edir, orqanizmin ehtiyac duyduğu vitamin və mineralları almırlar. Bu isə xüsusilə inkişaf mərhələsində olan gənc orqanizm üçün ciddi risklər yarada bilər.

Bəs bu həssas və həlledici dönəmdə 11-ci sinif şagirdləri və onların valideynləri nələrə xüsusi diqqət etməlidirlər ki, sonradan hansısa ağır fəsadlar yaşanmasın? Ən çox verilən suallardan biri də məhz qidalanma rejimi və psixoloji yükün necə tənzimlənməsi ilə bağlıdır.

Mütəxəssislər, xüsusilə həkim-psixoloqlar bildirirlər ki, bu dövrdə yalnız dərs oxumaq deyil, sağlam həyat tərzi də prioritet olmalıdır. Yeniyetmənin gündəlik yuxu rejimi pozulmamalı, gecə yuxusu ən azı, 7–8 saat çəkməlidir. Uzun müddət yuxusuz qalmaq sinir sisteminə, ürək-damar sisteminə və ümumi psixoloji vəziyyətə ciddi zərər vura bilər.

Qidalanma rejimi balanslı və müntəzəm olmalıdır. Səhər yeməyi mütləq şəkildə qəbul edilməli, gün ərzində protein, vitamin və mineral baxımından zəngin qidalara üstünlük verilməlidir. Meyvə-tərəvəz, süd məhsulları, balıq, ət və taxıl məhsulları gündəlik rasionda yer almalıdır. Şəkərli içkilər, energetiklər və fast-food məhsulları isə mümkün qədər məhdudlaşdırılmalıdır.

Bununla yanaşı, psixoloji dəstək də çox vacibdir. Valideynlər övladlarına yalnız nəticəyə köklənmiş təzyiq göstərməməli, onları daim anlayışla dinləməli, ruhlandırmalı və motivasiya etməlidirlər. Uşağın psixoloji durumu, stress səviyyəsi və emosional vəziyyəti diqqətdə saxlanılmalıdır. Zərurət yarandıqda həkim-psixoloq və ya mütəxəssis dəstəyinə müraciət etməkdən çəkinmək olmaz.

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a danışıb.

Həkim qeyd edib ki, son vaxtlar tez-tez rast gəlinən gənc ölümləri ilə bağlı ciddi araşdırılma aparılmalıdır. Onun sözlərinə görə, bu ölümlərin hamısını bir-birinə bənzətmək və eyni səbəblərlə izah etmək doğru deyil: “Bu halların altında yatan səbəblər olduqca müxtəlif və ciddi patologiyalar ola bilər. İrsi problemlər də istisna deyil. Eyni zamanda, pasiyentin, yəni insanın gündəlik həyat tərzinin də bu məsələlərdə çox mühüm və ciddi rolu var.

Qeyd olunduğu kimi, gənclik dövrü əslində son zamanlar təhsil təzyiqi altında daha çox fəaliyyət göstərilən bir mərhələdir. Bunun üzərinə onlayn həyatın artması, kompüter və telefondan davamlı asılılıq, vaxtlı-vaxtsız gecə yuxusunun pozulması, fasiləsiz informasiyalar, yazışmalar, sosial şəbəkələrdə aktivlik, yuxu rejiminin pozulması, qida rejiminin düzgün olmaması, müxtəlif stress situasiyaları da əlavə olunur. Əlbəttə ki, bütün bunların hamısı orqanizmə mənfi təsir göstərir”.

Lakin həkimin sözlərinə görə, bu təsirləri birbaşa ölümlə əlaqələndirmək doğru olmaz: “Sadalanan amillər müəyyən meyli olan insanlarda və ya risk qrupuna daxil olan şəxslərdə prosesə müəyyən qədər təkan verə bilər, xəstəliyin inkişafını sürətləndirə və ya vəziyyəti ağırlaşdıra bilər. Amma gənc yaşda – istər 15–20 yaş, istərsə də 30–35 yaşlarında baş verən ölümlərin altında yatan səbəblər, əlbəttə ki, olduqca ciddi problemlərlə bağlı ola bilər”.

Zülfüqar Yusifov, həmçinin, vurğulayıb ki, əksər hallarda gənc yaşlarda bəzən müəyyən xəstəliklərdən, problemlərdən vaxtında agah olmaq çətin olur:

“Çünki adətən biz gənclərin sağlam olduğu düşüncəsi ilə yanaşırıq və onların davamlı skrininq müayinələrdən keçməsinə ehtiyac olmadığını zənn edirik. Halbuki həyat və təcrübə göstərir ki, uşaq yaşlarından etibarən uşağın bütün müayinələri aparıldığı kimi, müəyyən yaşa çatdıqdan sonra da bu müayinələr zəruri sayılır. Lakin nədənsə gənc yaş dövründə bu məsələ çox vaxt unudulur və gəncliyə həddindən artıq güvənilir. Halbuki, təcrübə onu göstərir ki, məhz gənc yaşlarda, xüsusilə də yeniyetməlik dövründə orqanizmin yenidən qurulması prosesi gedir. İmmun sistem, hormonal sistem yeni keyfiyyət və fəallıq mərhələsinə daxil olur. Məhz bu dövrlərdə müayinələrin aparılması çox vacibdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2026 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see437

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see416

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see322

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see321

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see316

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see286

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see275

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see248

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see247

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see235

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see222

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see220

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see212

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see207

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see201

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see192

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see189

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see183

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri