Icma.az
close
up
RU
110 bəndlik yol xəritəsi...

110 bəndlik yol xəritəsi...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Türkiyənin XİN başçıları mühüm mesajlar verib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəmizə səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Nazirlər prezidentlərin rəhbərliyi və baxışları əsasında formalaşmış və Şuşa Bəyannaməsində təsbit olunmuş strateji müttəfiqlik münasibətlərinin geniş gündəliyini nəzərdən keçiriblər. Müzakirələr zamanı siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, investisiyalar, enerji, nəqliyyat və logistika, təhlükəsizlik və müdafiə, humanitar əməkdaşlıq, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində koordinasiya məsələləri müzakirə olunub.

Nazirlər nələri müzakirə edib?

Nazirlər Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya kimi institusional mexanizmlərin əhəmiyyətini vurğulayıblar. Tərəflər BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, D-8 və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

XİN başçıları, həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Pakistan-Türkiyə və Azərbaycan-Özbəkistan-Türkiyə kimi üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının regional təhlükəsizliyə, iqtisadi inkişafa və əlaqələndirməyə verdiyi töhfəni qeyd ediblər. Görüşdə ötən il ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyiş, eləcə də davamlı sülhün və regional əməkdaşlığın təmin olunması üçün atılacaq praktiki addımlar müzakirə edilib.

Nazirlər Yaxın Şərqdə və digər regionlarda baş verən hadisələr, yeni geosiyasi reallıqlar və davam edən münaqişələr barədə də fikir mübadiləsi aparıblar. Tərəflər münaqişələrin və hərbi qarşıdurmaların siyasi və diplomatik yollarla həll edilməli olduğuna dair ortaq mövqelərini bir daha təsdiqləyiblər.

C.Bayramov: Yol xəritəsi qarşıdakı illərə hesablanmış mühüm sənəddir

Daha sonra mətbuat konfransı keçirilib. Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir: “Bu, iki ölkə liderinin ortaya qoyduğu siyasi iradədə və Şuşa Bəyannaməsində öz əksini tapan yanaşmada aydın şəkildə ifadə olunur. Elə bir sahə yoxdur ki, Şuşa Bəyannaməsində öz əksini tapmasın. Bütün sahələr üzrə əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın təməlləri kifayət qədər genişdir. Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq, yalnız regional məsələlərlə məhdudlaşmır. Belə ki, Azərbaycan, Türkiyə və hər hansı Afrika ölkəsi arasında üçtərəfli formatda əməkdaşlığın həyata keçirilməsi üçün də geniş imkanlar mövcuddur”. O bildirib ki, 2025-ci ilin dekabr ayında Azərbaycan və Türkiyə arasında Hökumətlərarası Komissiyanın iclasının nəticəsi olaraq iki ölkə arasında yalnız iqtisadi sahəni əhatə edən 110 bənddən ibarət yol xəritəsi qəbul olunub. Bu yol xəritəsi qarşıdakı illərə hesablanmış mühüm sənəddir.

C.Bayramovun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının həm Azərbaycan, həm də Türkiyə üçün xüsusi önəmi var. Burada əlaqələrin daha da gücləndirilməsi və əməkdaşlığımızın daha da mükəmməlləşdirilməsi Azərbaycan və Türkiyə üçün hər zaman xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan və Türkiyənin iştirakı ilə bir sıra önəmli əməkdaşlıq formatları mövcuddur. Bunların sırasında üçtərəfli və dördtərəfli formatları qeyd edə bilərik. Misal üçün, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Özbəkistan, Azərbaycan-Türkiyə-Pakistan və bir sıra digər formatları göstərmək mümkündür. COP29 sədri olaraq ölkəmiz yaxın zamanda COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir”, - deyə nazir əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 2025-ci ildə 5,7 milyard ABŞ dolları təşkil edib. 2026-cı ilin ilk 8 ayında isə bu göstərici 3,2 milyard ABŞ dollarına çatıb. “Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 milyard ABŞ dollarına, Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 18 milyard ABŞ dollarına çatıb. Hazırda Azərbaycanda Türkiyənin 400-dən çox şirkəti fəaliyyət göstərir”, - deyə nazir qeyd edib.

C.Bayramov onu da deyib ki, Cənub Qaz Dəhlizi təkcə Azərbaycan və Türkiyənin deyil, bu böyük və geniş coğrafiyanın enerji təhlükəsizliyinə iki ölkənin iştirakı ilə verilən çox böyük töhfədir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlərin böyük həcmdə tamamlandığını deyən nazir qeyd edib ki, hazırkı mərhələdə iki ölkə arasında böyük perspektivə və potensiala malik, növbəti onilliklərə yönəlmiş məsələlər üzərində çox koordinasiyalı şəkildə işlər həyata keçirilir. “224 kilometrlik ərazidə konkret işlər görülür. Azərbaycanın əsas hissəsindən yeni nəqliyyat infrastrukturunun yaradılması istiqamətində işlər sürətlə davam edir. Azərbaycanın əsas hissəsindən Ermənistan sərhədi istiqamətində yol tikintisinin təxminən 95 faizi artıq tamamlanıb. Dəmir yolunun icra səviyyəsi isə təxminən 75 faiz təşkil edir. Hər iki layihənin Azərbaycanın əsas hissəsində 2027-ci ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib.

H.Fidan: 2028-ci ilin sonuna qədər işlərin yekunlaşdırılması planlaşdırılır

Türkiyənin xarici işlər naziri Hakan Fidan da bildirib ki, Azərbaycan və Türkiyə arasında ən yüksək səviyyədə formalaşmış bir münasibət mövcuddur: “Bu səfərin mühüm bir tarixi əhəmiyyəti də var. Bu gün (dünən - red.) Bakı şəhərinin azad edilməsinin 108-ci ildönümüdür”. Onu sözlərinə görə, prezidentlərimiz tərəfindən qarşıya qoyulan 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə ən qısa zamanda çatmaq üçün bütün qurumlarımız, peşə təşkilatlarımız və ticarət palatalarımız var gücü ilə çalışır. “Enerji, nəqliyyat və Iogistika sahələrində əməkdaşlığımız da münasibətlərimizin digər strateji istiqamətini təşkil edir. Bu sahədə hazırda çoxsaylı layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolunu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biri hesab edirik”, - deyə nazir əlavə edib.

H.Fidan qeyd edib ki, Orta Dəhlizin həyata keçirilməsində Azərbaycan və Türkiyə əhəmiyyətli rol oynayır. Bu layihə Türkiyəni Xəzər dənizi vasitəsilə Türk dünyası ilə birləşdirir. Onun sözlərinə görə, hazırda Qars-Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır: “2028-ci ilin sonuna qədər bu işlərin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra Azərbaycandan yola çıxan qatarların Türkiyəyə birbaşa keçidi mümkün olacaq”.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri